Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Hava Yolları →

Hava Limanları İnfrastrukturu İdarəsi/ Mühəndis-elektronçu

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Baqaj lentlərinin, teleskopik trapların və digər texnoloji avadanlıqların texniki vəziyyətinə mütəmadi nəzarət etmək; Avadanlıqlarda yaranan nasazlıqları vaxtında aşkar etmək və onların aradan qaldırılmasını təmin etmək; Avadanlıqların fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədilə profilaktik texniki baxış və planlı təmir işlərini həyata keçirmək; Elektron və avtomatlaşdırılmış idarəetmə sistemlərinin saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Texniki xidmət və təmir işlərini əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun həyata keçirmək; Görülmüş texniki xidmət və təmir işləri üzrə müvafiq hesabatların hazırlanmasında iştirak etmək; Şöbə rəhbərliyi tərəfindən vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları icra etmək. Tələblər Ali təhsil (Elektronika, elektrik mühəndisliyi, avtomatika və ya digər əlaqəli texniki ixtisaslar); Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır (Texniki ingilis dili biliyi (avadanlıqların istismarı, texniki sənədlərin oxunması və beynəlxalq standartlarla işləmək üçün üstünlük kimi qiymətləndirilir); Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint; Yazılı və şifahi ünsiyyət bacarıqları; Problemlərin həlli bacarığı; Təqdimat bacarıqları; Öyrənmə qabiliyyəti; Dəyişikliklərə uyğunlaşma bacarığı; Komandada işləmək bacarığı. İş qrafiki: Növbəli İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.