Vakansiya haqqında
Əsas vəzifələr
Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq;
Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
Xarici və yerli təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daima yeniləmək;
Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların cəlb edilməsi;
Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
Tələb olunduqda daşınma və gömrük işlərini həll etmək.
Tələblər
Ali təhsil (İnşaat, İqtisadiyyat, Menecment və ya digər aidiyyatı sahələr üzrə);
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
Məsuliyyətli və detallara diqqətli olmalıdır;
MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
Könüllü tibbi sığorta
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
