Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Daşkəsən Dəmir Filiz MMC →

Satınalma üzrə aparıcı mütəxəssis

Razılaşma yolu ilə

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Satınalma prosedurlarının keçirilməsi məqsədilə etender.gov.az elektron dövlət satınalmaları portalında müvafiq elanların hazırlanması və yerləşdirilməsi; Satınalma predmetinə uyğun olaraq əsas şərtlər toplusunun hazırlanması və müvafiq qaydada rəsmiləşdirilməsi; Satınalma komissiyasının iclaslarının təşkili və keçirilən iclaslar üzrə protokolların hazırlanması; Satınalma prosedurlarının nəticələrinə dair yekun protokolun hazırlanması və rəsmiləşdirilməsi; Satınalma predmetləri üzrə bazar araşdırmalarının aparılması və ehtimal olunan qiymətin hesablanması; Təkliflərin açılışından sonra təchizatçıların təqdim etdikləri sənədlərin və təkliflərin əsas şərtlər toplusunun tələblərinə uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi; Cəmiyyətin struktur bölmələrindən daxil olan tələbatlar əsasında illik satınalma planının hazırlanması, ümumiləşdirilməsi və zərurət yarandıqda müvafiq dəyişikliklərin edilməsi; Satınalma prosedurlarının qanunvericiliyin və Cəmiyyətin daxili normativ sənədlərinin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsi. Tələblər Ali təhsilli; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; etender.gov.az portalında işləək bacarığının olması mütləqdir; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə biliklərin olması mütləqdir; Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf; İş yeri: Bakı şəhəri, Dalğa plaza Ezamiyyə imkanları (zəruri hallarda) 5 günlük iş rejimi (bazar ertəsi – cümə) İş vaxtı: Seçimə əsasən (08:00-17:00 və ya 09:00 – 18:00

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.