Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AZCD Group →

Satınalma departamentinin rəhbəri (inşaat sahəsi)

Razılaşma yolu ilə

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin satınalma prosesini təşkil və idarə edir; Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirir və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırır; Xarici və yerli təchizatçıları araşdırır, seçim edir və təchizatçı bazasını daima yeniləyir; Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıları cəlb edir; Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqları aparır; Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirir; Satın alınmış xammal, mal, materialların və xidmətlərin məlumat bazasını hazırlayır və yeniləyir, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət edir və aidiyyati şəxslərə hesabat verir; Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət edir; Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırır; Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət edir; Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat verir; Tələb olunduqda daşınma və gömrük məsələlərini həll edir. Tələblər Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə); Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə); Tikinti sahəsində təcrübə; Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər; Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məsuliyyətli və detallara diqqətli olmalıdır; MS Office, həmçinin 1C proqramlarını bilməlidir; Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür. Pozitiv və dəstəkləyici iş mühiti İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün) İş vaxtı: 09:00-18:00 Könüllü tibbi sığorta Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.