Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Avant Construction

Satınalma departamentinin direktoru

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Avant Group tikinti layihələri və korporativ ehtiyaclar üzrə satınalma strategiyasının hazırlanmasına, tender proseslərinin səmərəli idarə olunmasına və təchizat zəncirinin optimallaşdırılmasına rəhbərlik edəcək Satınalma Departamentinin Direktoru axtarır. Bu vəzifənin əsas məqsədi satınalma proseslərini şəffaf, rəqabətli və büdcəyə uyğun şəkildə təşkil etmək, layihələrin vaxtında və fasiləsiz təchizatını təmin etmək, həmçinin kommersiya baxımından ən uyğun şərtləri əldə etməkdir. Əsas vəzifə öhdəlikləri Şirkətin satınalma strategiyasını və illik satınalma planını formalaşdırmaq, icrasına nəzarət etmək; Tikinti layihələrində satınalma ehtiyaclarını, büdcələri və layihə qrafiklərini təhlil edərək prioritetləri müəyyənləşdirmək; Tender paketlərinin hazırlanması və komplektləşdirilməsi prosesini koordinasiya etmək; BOQ, texniki spesifikasiyalar, çertyoj siyahıları, RFQ və kommersiya sənədlərinin aidiyyəti bölmələrlə uzlaşdırılmasını təmin etmək; Tender və kotirovka proseslərini təşkil etmək, təchizatçı seçimi və kommersiya təkliflərinin qiymətləndirilməsinə rəhbərlik etmək; Təchizatçılarla kommersiya danışıqları aparmaq, qiymət, ödəniş, çatdırılma və zəmanət şərtlərinin optimallaşdırılmasını təmin etmək; Satınalma qərarlarının təsdiqlənmiş büdcə, prosedur və səlahiyyət bölgüsünə uyğunluğuna nəzarət etmək; Layihə komandaları ilə koordinasiyada material və avadanlıqların vaxtında çatdırılmasını, təchizat risklərinin müəyyən edilməsini və idarə olunmasını təmin etmək; Təchizatçıların fəaliyyətini qiymətləndirmək, satınalma xərclərini və qənaət imkanlarını təhlil etmək; Satınalma komandasının işini idarə etmək, əməkdaşların performansını və peşəkar inkişafını dəstəkləmək. Namizədə tələblər İqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik, logistika, təchizat zəncirinin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil; Satınalma və təchizat sahəsində minimum 8 il iş təcrübəsi, bunun ən azı 5 ili rəhbər vəzifədə; Tikinti layihələri üzrə satınalma və tender proseslərinin idarə olunmasında praktiki təcrübə; Tender paketlərinin hazırlanması, BOQ və texniki sənədlərin koordinasiyası, RFQ prosesləri və kommersiya təkliflərinin müqayisəli qiymətləndirilməsi üzrə təcrübə; Təchizatçılarla kommersiya danışıqları aparmaq və müqavilə şərtlərini razılaşdırmaq bacarığı; Satınalma büdcəsinin idarə edilməsi, xərclərin optimallaşdırılması və təchizat risklərinin idarə olunması üzrə biliklər; ERP sistemləri və MS Excel üzrə yüksək səviyyədə bilik; Azərbaycan dilini sərbəst bilmək, ingilis dili üzrə minimum B2 səviyyəsi; rus dili biliyi üstünlükdür; CIPS və ya digər beynəlxalq satınalma sertifikatlarının olması üstünlükdür. Biz nə təklif edirik? Strateji əhəmiyyətli rəhbər vəzifədə çalışma imkanı; Böyükmiqyaslı tikinti və inkişaf layihələrinin satınalma proseslərinə rəhbərlik etmək imkanı; Peşəkar və dinamik iş mühiti; Rəqabətədavamlı əməkhaqqı və korporativ imkanlar. Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satınalma Departamentinin Direktoru” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.