Vakansiya haqqında
Yaxın zamanda fəaliyyətə başlayacaq yeni kolbasa
istehsalı müəssisəmizə peşəkar, təcrübəli və idarəçilik bacarığına malik Sex Rəisi axtarılır.
Əsas vəzifə
öhdəlikləri:
Kolbasa istehsalı prosesinin idarə olunması
və nəzarətdə saxlanılması;a
İstehsalatın texnoloji proseslərinin düzgün qurulması və icrasına
nəzarət;
İstehsalat
planının hazırlanması və yerinə yetirilməsinin təmin edilməsi;
İstehsalat işçilərinin iş bölgüsünün aparılması və
kollektivin idarə olunması;
Xammalın qəbulundan hazır məhsulun əldə olunmasına qədər bütün mərhələlərə
nəzarət;
Məhsulun
keyfiyyətinə, dadına, görünüşünə və standartlara uyğunluğuna nəzarət;
Xammal və istehsalat materiallarının səmərəli
istifadəsinin təmin edilməsi;
İstehsalat avadanlıqlarının düzgün istismarına nəzarət;
Sanitariya, gigiyena və qida təhlükəsizliyi
qaydalarının təmin edilməsi;
İstehsalatda məhsuldarlığın artırılması və itkilərin minimuma
endirilməsi;
Rəhbərliyə
mütəmadi istehsalat hesabatlarının təqdim edilməsi.
Namizədə
tələblər:
Kolbasa və ət məhsulları istehsalı sahəsində
minimum 3-5 il iş təcrübəsi;
Sex rəisi və ya istehsalat rəhbəri vəzifəsində iş təcrübəsi
mütləqdir;
Kolbasa
istehsalının texnologiyasını, reseptura və istehsal mərhələlərini yaxşı bilmək;
Ət xammalı, əlavələr və istehsalat prosesləri haqqında
praktiki biliklər;
İstehsalat avadanlıqları ilə işləmək və onların iş prinsipini
bilmək;
Komandanı idarə
etmək və iş prosesini düzgün təşkil etmək bacarığı;
Operativ qərarvermə, məsuliyyət və yüksək təşkilatçılıq
qabiliyyəti.
Rus dili
biliyi mütləqdir (istehsalat üzrə rusdilli texnoloqla birbaşa ünsiyyət qurmaq)
Digər Məlumatlar:
İş qrafiki: 6
günlük
Əmək haqqı: Müsahibə
əsasında təyin ediləcək
Ünvan: Binəqədi yolu 100
Nahar şirkət tərəfindən təmin edilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz
CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur.
Əlaqə 0552531364
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
