Vakansiya haqqında
Əsas vəzifələr
Kolbasa istehsalı prosesinin idarə olunması və nəzarətdə saxlanılması;a
İstehsalatın texnoloji proseslərinin düzgün qurulması və icrasına nəzarət;
İstehsalat planının hazırlanması və yerinə yetirilməsinin təmin edilməsi;
İstehsalat işçilərinin iş bölgüsünün aparılması və kollektivin idarə olunması;
Xammalın qəbulundan hazır məhsulun əldə olunmasına qədər bütün mərhələlərə nəzarət;
Məhsulun keyfiyyətinə, dadına, görünüşünə və standartlara uyğunluğuna nəzarət;
Xammal və istehsalat materiallarının səmərəli istifadəsinin təmin edilməsi;
İstehsalat avadanlıqlarının düzgün istismarına nəzarət;
Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının təmin edilməsi;
İstehsalatda məhsuldarlığın artırılması və itkilərin minimuma endirilməsi;
Rəhbərliyə mütəmadi istehsalat hesabatlarının təqdim edilməsi.
Tələblər
Kolbasa və ət məhsulları istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi;
Sex rəisi və ya istehsalat rəhbəri vəzifəsində iş təcrübəsi mütləqdir;
Kolbasa istehsalının texnologiyasını, reseptura və istehsal mərhələlərini yaxşı bilmək;
Ət xammalı, əlavələr və istehsalat prosesləri haqqında praktiki biliklər;
İstehsalat avadanlıqları ilə işləmək və onların iş prinsipini bilmək;
Komandanı idarə etmək və iş prosesini düzgün təşkil etmək bacarığı;
Operativ qərarvermə, məsuliyyət və yüksək təşkilatçılıq qabiliyyəti.
Rus dili biliyi mütləqdir (istehsalat üzrə rusdilli texnoloqla birbaşa ünsiyyət qurmaq)
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Ünvan: Binəqədi yolu 100
Nahar şirkət tərəfindən təmin edilir
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
