Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
İstehsalat sifarişlərinin layihə sənədlərinə və texniki çertyojlara uyğun şəkildə yerinə yetirilməsini təmin etmək.
Layihələr üzrə iş həcmini və icra müddətlərini müəyyən etmək, mərhələli planlaşdırma prosesində iştirak etmək.
Konstruktor, usta, qaynaqçı, cilalayıcı və digər əməkdaşlar arasında iş bölgüsünü və iş vaxtının düzgün planlaşdırılmasını həyata keçirmək.
Hər layihə və hər iş mərhələsi üzrə müəyyən olunmuş vaxtlara nəzarət etmək, gecikmələrin qarşısını almaq və istehsalat qrafikinə uyğunluğu izləmək.
Paralel icra olunan layihələr üzrə əmək və resurs bölgüsünü əlaqələndirmək, prioritetləri müəyyənləşdirmək və istehsalatın fasiləsiz davamını təmin etmək.
Xammal, material və avadanlıq ehtiyaclarını müəyyənləşdirmək, anbar ehtiyatlarına nəzarət etmək.
Material sərfiyyatını hesablamaq, itkiləri minimuma endirmək və istehsalat xərclərinə nəzarət etmək.
Anbar, satınalma, layihələndirmə və quraşdırma komandaları ilə koordinasiyanı təmin etmək.
Hazır məhsulun keyfiyyətinə, ölçü dəqiqliyinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
İstehsalat məhsuldarlığı və material sərfiyyatı ilə bağlı hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Müvafiq sahədə iş təcrübəsi.
İstehsalat proseslərini vaxt üzrə planlaşdırmaq, işçi resurslarını düzgün bölüşdürmək və icra müddətlərinə nəzarət etmək bacarığı.
AutoCAD proqramında sərbəst işləmək bacarığı.
Bir neçə layihəni eyni vaxtda idarə etmək, hər layihə üzrə iş mərhələlərinə və əməkdaşların sərf etdiyi vaxta nəzarət etmək bacarığı.
İstehsalat və anbar proqramları ilə işləmək bacarığı.
MS Excel-də cədvəllər, formullar, material uçotu və hesabatlarla işləmək bacarığı.
Yüksək məsuliyyət, dəqiqlik və analitik düşüncə.
İş şəraiti:
Qrafik: 6/1
Ünvan: Bakı
Əmək haqqı: 1800-2000 AZN
Qeyd:
Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə tutulur. Sınaq müddəti uğurla başa çatdıqdan sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.
Müraciət üçün xahiş olunur ki, CV faylınızı Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına və ya 051 240 06 06 nömrəsinə İstehsalat rəhbəri başlığı ilə göndərəsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
