Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Capital Construction MMC

Sahə rəisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Tikinti və quraşdırma işlərinin layihə, norma və qaydalara uyğun, vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək Tikinti prosesində texnoloji ardıcıllığın və iş qrafiklərinin düzgün yerinə yetirilməsini təmin etmək Görülən işlərin keyfiyyətinə, həcminə və icra müddətinə nəzarət etmək İstifadə olunan material və avadanlıqların layihə-smeta sənədlərinə uyğunluğunu yoxlamaq Aşkarlanmış qüsurların aradan qaldırılmasını təşkil etmək və gecikmələrin səbəblərini araşdırmaq Tikinti sahəsinin təşkili ilə məşğul olmaq, əlavə xərclərin qarşısını almaq Təmir, bərpa və yenidənqurma işlərinə nəzarət etmək Təslim-təhvil prosesində iştirak etmək Layihə üzrə tələb olunan sənədləri və hesabatları hazırlamaq Tikintinin başlanması üçün sənədləri yoxlamaq və normativ tələblərə uyğunluğu təmin etmək Anbar təsərrüfatına və maddi sərvətlərin qorunmasına nəzarət etmək Tabelikdə olan əməkdaşlar arasında iş bölgüsü aparmaq və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək Namizədə tələblər Ali təhsil: tikinti mühəndisliyi, inşaat mühəndisliyi və ya uyğun ixtisas üzrə Tikinti sahəsində minimum 3-5 il müvafiq iş təcrübəsi Layihə-smeta sənədləri və işçi cizgilərlə işləmə bacarığı Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları barədə biliklər Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər Tikinti sənədlərinin, o cümlədən icra sənədləri, aktlar və hesabatların hazırlanması təcrübəsi Tabelikdə olan əməkdaşlarla işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik etmək bacarığı Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq İş şəraiti İş yeri: Bakı İş qrafiki: 6 günlük iş həftəsi Əmək haqqı: 2500-2800 AZN, namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən olunacaq Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.