Vakansiya haqqında
Təsvir
PAŞA Property Management “SƏTƏMM nəzarətçisi” vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management sizə peşəkar komandada inkişaf etmək və karyera yolunda irəliləmək imkanı yaradır. Biz öyrənməyə açıq, pozitiv düşüncəli, işinə yaradıcı yanaşan və motivasiyalı əməkdaşlar axtarırıq.
Vəzifə öhdəlikləri
İş yerində sağlamlıq, təhlükəsizlik və ətraf mühit qaydalarının, standartlarının və şirkət siyasətinin tələblərinə əməl olunmasını təmin etmək.
Mütəmadi risk qiymətləndirmələri aparmaq, mümkün təhlükələri müəyyənləşdirmək, nəzarət tədbirləri tətbiq etmək və iş mühitində riskləri azaltmaq.
Bütün qəza və sovuşan hadisələri araşdırmaq, kök səbəbləri müəyyən etmək və oxşar halların təkrarlanmaması üçün tövsiyələr vermək.
İşçilərin texniki təhlükəsizlik və ətraf mühit mövzularında bilik və bacarıqlarını artırmaq üçün təlimlər təşkil etmək və keçirmək.
İş yerinin, avadanlıqların və proseslərin təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq üçün mütəmadi təhlükəsizlik yoxlamaları, auditlər və qiymətləndirmələr aparmaq.
SƏTƏMM üzrə prosedurlar və iş təlimatları hazırlamaq, onları mütəmadi olaraq yenidən nəzərdən keçirmək.
Təxliyə planlarını hazırlamaq və yeniləmək, təlimlər keçirmək, işçi heyətinin yanğın, kimyəvi sızma və təxliyə kimi fövqəladə hallara hazır olmasını təmin etmək.
Keçirilmiş inspeksiyaların, auditlərin, hadisə araşdırmalarının nəticələrinin və düzəldici tədbirlərlə bağlı qeydlərin sistemdə vaxtında yenilənməsini təmin etmək.
Təhlükəsizlik göstəriciləri üzrə rəhbərliyə hesabat vermək, tələb olunan hesabatları təqdim etmək və şirkətin SƏTƏMM mədəniyyətini gücləndirmək üçün təkmilləşdirmələr təklif etmək.
Təhlükəsizlik göstəricilərini, problemləri və təkmilləşdirmə imkanlarını müzakirə etmək üçün maraqlı tərəflərlə mütəmadi SƏTƏMM görüşləri təşkil etmək.
SƏTƏMM qaydalarına diqqəti artırmaq məqsədilə sahə ziyarətlərini digər tərəflərlə əlaqələndirmək və təşkil etmək.
SƏTƏMM mədəniyyətini təşviq etmək və sağlamlıq və təhlükəsizliyin ortaq məsuliyyət olduğu mühitin formalaşmasına dəstək vermək.
Tələblər
Bakalavr dərəcəsi;
Bu sahə üzrə minimum 8 il iş təcrübəsi;
NEBOSH və ya ekvivalent sertifikat;
ISO 45001 və ISO 14001 üzrə internal auditor sertifikatı;
Yerli SƏTƏMM qanunvericiliyi və qaydaları, eləcə də beynəlxalq SƏTƏMM standartları haqqında yüksək səviyyədə bilik;
Güclü şifahi və yazılı ünsiyyət bacarığı. İşçilərə SƏTƏMM mövzularında təlim keçmək bacarığı;
Potensial təhlükələri müəyyən etmək, hadisələri araşdırmaq və effektiv düzəldici tədbirlər təyin etmək üçün analitik düşünmə bacarığı;
Microsoft Office proqramlarında (Word, Excel, Outlook) sərbəst işləmək bacarığı;
İngilis dili üzrə sərbəst ünsiyyət və yazışma bacarığı (üstünlükdür);
Ətraf mühit üzrə sertifikatın olması (üstünlükdür);
Vakansiya haqqında
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər “Müraciət et” düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
