Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tikinti
sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin
mühafizəsi qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək;
Yüksəkmərtəbəli
bina tikintisində hündürlükdə işlər, qaldırıcı mexanizmlər (qüllə
kranları, yük qaldırıcıları), iskələ və qəlib sistemləri üzrə təhlükəsizlik
tələblərinin icrasını təmin etmək;
Risk
qiymətləndirilməsi aparmaq, JSA (Job Safety Analysis) və digər təhlükəsizlik
sənədlərini hazırlamaq və yeniləmək;
Tikinti
sahəsində təhlükəli vəziyyət və davranışları aşkar etmək, uyğunsuzluqları
sənədləşdirmək və aradan qaldırılması üçün tədbirlər görmək;
Gündəlik,
həftəlik və aylıq SƏTƏMM yoxlamaları keçirmək, hesabatlar hazırlamaq;
İşə
yeni qəbul olunan əməkdaşlar və podratçı işçilər üçün giriş və dövri təhlükəsizlik
təlimləri keçmək;
İş
icazələri (Work Permit) sisteminə nəzarət etmək;
İstehsalat
qəzaları və hadisələrinin araşdırılmasını aparmaq, səbəbləri təhlil etmək
və profilaktik tədbirlər hazırlamaq;
FHN,
Əmək Müfəttişliyi və digər dövlət qurumlarının tələblərinə uyğunluğun təmin
edilməsində iştirak etmək;
Fərdi
mühafizə vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət etmək;
Tikinti
sahəsində yanğın təhlükəsizliyi, fövqəladə hallar üzrə hazırlıq və təxliyə
planlarının icrasında iştirak etmək;
SƏTƏMM
üzrə daxili prosedur, təlimat və hesabatların hazırlanması və yenilənməsini
təmin etmək.
Namizədə tələblər
Ali təhsil
(Texniki təhsil üstünlükdür);
Yüksəkmərtəbəli
bina tikintisi sahəsində minimum 3 il SƏTƏMM üzrə iş təcrübəsi (mütləqdir);
Baş
podratçı və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir;
FHN tərəfindən
verilmiş "Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi
qaydaları və normaları" üzrə qüvvədə olan sertifikat;
Əlavə
SƏTƏMM, IOSH, NEBOSH, OSHA və ya digər beynəlxalq sertifikatların olması
üstünlükdür;
Azərbaycan
Respublikasının Əmək Məcəlləsi, "Əməyin mühafizəsi haqqında"
qanunvericiliyi və tikintidə təhlükəsizlik normalarını yaxşı bilmək;
Risk
qiymətləndirilməsi, hadisələrin araşdırılması və hesabatların hazırlanması
bacarığı;
Microsoft
Office proqramlarında sərbəst işləmək;
Məsuliyyətli,
intizamlı, operativ qərarvermə və ünsiyyət bacarıqlarına malik olmaq.
İş şəraiti
İş
rejimi: Həftədə 6 iş günü;
İş
saatı: 08:00 – 17:00;
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Nahar
şirkət tərəfindən təmin edilir;
İş
yeri: Xırdalan şəhəri, Blue City yaşayış kompleksi;
Əmək
haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
