Vakansiya haqqında
“Az Protein Foods Group” MMC “İstehsalat üzrə maliyyə
nəzarətçisi” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
Mühasibat
uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil.
Mühasibat
uçotu sahəsində ən azı 3 il, o cümlədən istehsalat müəssisəsində praktiki
iş təcrübəsi.
İstehsalat
üzrə minimum 5 il iş təcrübəsi.
Mühasibat
uçotunun tam dövrünü bilmək: ilkin sənədlər, mühasibat yazılışları,
dövriyyə-saldo cədvəli, qarşılıqlı hesablaşmalar, ehtiyatlar, xərclər,
maya dəyəri və dövrün bağlanması.
İstehsalat
uçotu və məhsulun maya dəyərinin hesablanması üzrə praktiki biliklər.
1C
proqramında sərbəst işləmək, səhvləri sənəd, hesab və analitik uçot səviyyəsində
araşdırmaq bacarığı.
Meatsys
üzrə təcrübə üstünlükdür.
Excel-də
düsturlar, məlumatların uyğunlaşdırılması və icmal cədvəllərlə işləmək
bacarığı.
Əsas vəzifə öhdəlikləri
Uçot məlumatlarının
gündəlik üzləşdirilməsi, əməliyyatların düzgünlüyünün yoxlanılması və
uyğunsuzluqların müəyyən edilməsi;
Xammalın
qəbulu, istehsalata verilməsi və sərfinə, yarımfabrikat, hazır məhsul və
bitməmiş istehsal uçotuna nəzarət;
Anbarlararası
hərəkətlərin, qaytarmaların, zay məhsul, tullantı və silinmələrin düzgün
uçota alınmasının yoxlanılması;
İlkin
sənədlərin düzgün rəsmiləşdirilməsinə və əməliyyatların 1C sistemində
düzgün əks etdirilməsinə nəzarət;
Mühasibat
hesabları üzrə dövriyyə, qalıq və hesab məlumatlarının təhlili;
İstehsalat
xərclərinin, maya dəyərinin, xammal sərfi və məhsul çıxımının
düzgünlüyünün yoxlanılması;
Xammal
sərfi, məhsul çıxımı, texnoloji itkilər və zay məhsul üzrə kənarlaşmaların
araşdırılması;
Aşkar
edilmiş uyğunsuzluqların səbəblərinin müəyyən edilməsi, məsul şəxslərlə
düzəlişlərin koordinasiyası və icrasına nəzarət;
Gündəlik
uçotun bağlanmasının yoxlanılması və nəticələr üzrə gündəlik hesabatların
hazırlanması;
Ciddi
uyğunsuzluqlar və mümkün maliyyə itkiləri barədə rəhbərliyə operativ məlumat
verilməsi;
Təkrarlanan
səhvlərin təhlili və uçot, sənəd dövriyyəsi və nəzarət proseslərinin təkmilləşdirilməsi
üzrə təkliflərin hazırlanması.
İş şəraiti
Əmək
haqqı: 2000-2500 manat
İş
qrafiki: 6 günlük.
Müəssə
Buzovnada yerləşir. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən
təmin olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
