Vakansiya haqqında
İş şəraiti
Şəhər: Bakı
İş
qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
Əmək haqqı: Razılaşma əsasında
Vəzifə öhdəlikləri
Şirkətdə sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (SƏTƏM) üzrə
tələblərin tətbiqini və icrasını təmin etmək;
SƏTƏM üzrə daxili siyasət,
prosedur və təlimatların hazırlanması, yenilənməsi və tətbiqində iştirak etmək;
Şirkətin ofis və digər iş sahələrində əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə planlı
və plandankənar yoxlamalar aparmaq;
İş yerlərində mövcud təhlükələri
müəyyənləşdirmək, riskləri qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər hazırlamaq;
Yeni işçilər, təcrübəçilər və podratçılar üçün əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə
giriş təlimatlarını təşkil etmək və keçirmək;
İşçilərin əməyin mühafizəsi
və təhlükəsizlik qaydaları üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
Yanğın təhlükəsizliyi, təxliyə və fövqəladə hallara hazırlıq tədbirlərinin təşkilini və
icrasını koordinasiya etmək;
İş yerlərində baş vermiş qəza və
insidentlərin araşdırılmasında, səbəblərinin müəyyənləşdirilməsində və qabaqlayıcı tədbirlərin hazırlanmasında
iştirak etmək;
İş yerlərinin attestasiyası ilə bağlı təşkilati və
koordinasiya işlərini həyata keçirmək;
SƏTƏM üzrə sənədlərin, qeydiyyat
jurnallarının, hesabatların və digər müvafiq sənədlərin hazırlanmasını və aktual saxlanılmasını təmin
etmək;
Şirkətin fəaliyyətinin qüvvədə olan əməyin mühafizəsi, yanğın
təhlükəsizliyi və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət etmək.
Tələblər
Ali təhsil (əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər müvafiq ixtisaslar
üzrə);
SƏTƏM və ya əməyin mühafizəsi sahəsində 1 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əməyin mühafizəsi
və yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlar üzrə biliklər;
Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin
hazırlanması üzrə praktiki bacarıqlar;
Əməyin mühafizəsi üzrə
təlimatların, prosedurların və hesabatların hazırlanması təcrübəsi;
Yanğın təhlükəsizliyi, təxliyə planları və fövqəladə hallara hazırlıq üzrə
biliklər;
MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook)
sərbəst işləmək bacarığı;
Azərbaycan dilində səlis danışıq və yazı
bacarığı;
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər. Mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi
unutmayın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
