Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Safetyever

SƏTƏM üzrə mütəxəssis

DaşkəsənMənbə: Vezife.az

Vakansiya haqqında

"SAFETYEVER" MMC artan layihələri ilə əlaqədar SƏTƏM üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir. Əsas vəzifələr Gündəlik, həftəlik və aylıq SƏTƏM hesabatlarının hazırlanaraq təqdim edilməsi. Sahədə yüksək riskli işlər üçün “İşə İcazə” vərəqələrinin verilməsi və risk qiymətləndirməsi prosesində birbaşa iştirak edilməsi. Layihə çərçivəsində işçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə biliklərinin mütəmadi yoxlanılmasının təşkili, imtahan və attestasiya proseslərinin idarə olunması. Sahələr üzrə planlı SƏTƏM təftişlərinin aparılması və müəyyən edilmiş çatışmazlıqların icrasına nəzarət edilməsi. Baş vermiş insidentlərin daxili prosedurlara uyğun araşdırılması, hesabatların hazırlanması və düzəldici tədbirlərin icrasına nəzarət edilməsi. Sifarişçi şirkətlərin SƏTƏM üzrə mütəmadi sorğularının cavablandırılması və koordinasiyanın təmin olunması. Podratçıların fəaliyyətinin SƏTƏM qaydalarına uyğunluğunun təmin edilməsi, birgə təftişlərin keçirilməsi və podratçı şirkətlərlə koordinasiyanın qurulması. Layihə heyətinə SƏTƏM qaydaları və təhlükəsiz iş metodları barədə zəruri təlimatların verilməsi və işçilərin məlumatlılıq səviyyəsinin artırılması. Şirkətin daxili SƏTƏM siyasəti, prosedurları, təlimatları və qaydalarının layihə sahəsində tam tətbiq edilməsinin təmin olunması. Namizədə tələblər Ali təhsil, Fövqəladə Hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə olması üstünlükdür. SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi. Aidiyyəti sahə üzrə sertifikatların olması üstünlükdür. Əmək qanunvericiliyini və SƏTƏM standartlarını bilmək. Komanda ilə işləmək bacarığı və təşəbbüskarlıq. Əmək şəraiti İş rejimi: növbəli (15/15). İş saatları: 08:00-20:00. İş yeri: Daşkəsən və Göygöl rayonu. Əmək haqqı: müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq. Təminatlar Qalmaq yeri şirkət tərəfindən təmin olunur. Gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanır. Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvana göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.