Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABB-İnvest İnvestisiya Şirkəti QSC

SƏTƏM üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

İş şəraiti Şəhər: Bakı İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı) Əmək haqqı: Razılaşma əsasında Vəzifə öhdəlikləri Şirkətdə sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (SƏTƏM) üzrə tələblərin tətbiqini və icrasını təmin etmək; SƏTƏM üzrə daxili siyasət, prosedur və təlimatların hazırlanması, yenilənməsi və tətbiqində iştirak etmək; Şirkətin ofis və digər iş sahələrində əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə planlı və plandankənar yoxlamalar aparmaq; İş yerlərində mövcud təhlükələri müəyyənləşdirmək, riskləri qiymətləndirmək və onların azaldılması üzrə tədbirlər hazırlamaq; Yeni işçilər, təcrübəçilər və podratçılar üçün əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş təlimatlarını təşkil etmək və keçirmək; İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklərinin yoxlanılmasında iştirak etmək; Yanğın təhlükəsizliyi, təxliyə və fövqəladə hallara hazırlıq tədbirlərinin təşkilini və icrasını koordinasiya etmək; İş yerlərində baş vermiş qəza və insidentlərin araşdırılmasında, səbəblərinin müəyyənləşdirilməsində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək; İş yerlərinin attestasiyası ilə bağlı təşkilati və koordinasiya işlərini həyata keçirmək; SƏTƏM üzrə sənədlərin, qeydiyyat jurnallarının, hesabatların və digər müvafiq sənədlərin hazırlanmasını və aktual saxlanılmasını təmin etmək; Şirkətin fəaliyyətinin qüvvədə olan əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ekoloji təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət etmək. Tələblər Ali təhsil (əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər müvafiq ixtisaslar üzrə); SƏTƏM və ya əməyin mühafizəsi sahəsində 1 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlar üzrə biliklər; Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması üzrə praktiki bacarıqlar; Əməyin mühafizəsi üzrə təlimatların, prosedurların və hesabatların hazırlanması təcrübəsi; Yanğın təhlükəsizliyi, təxliyə planları və fövqəladə hallara hazırlıq üzrə biliklər; MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Maraqlanan namizədlər öz CV-lərini hr@abbinvest.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” vəzifəsini qeyd etməyi unutmayın.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

SAFETYEVER LLC

AzVak.az

Aktiv vakansiya

SƏTƏM üzrə mütəxəssis

Maaş göstərilməyib

Şəhər göstərilməyib
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM)Ətraflı