Vakansiya haqqında
İş yeri - Layihə sahəsi
Vəzifənin məqsədi
SƏTƏM Mütəxəssisi layihə sahəsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit
üzrə tələblərin icrasına nəzarət edir, gündəlik iş proseslərinin təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edir,
risklərin qarşısının alınması istiqamətində tədbirlər görür və bütün zəruri SƏTƏM sənədlərinin hazırlanması,
aparılması və yenilənməsinə cavabdehdir.
Əsas vəzifə və öhdəliklər
Layihə sahəsində gündəlik iş proseslərinə nəzarət etmək və işlərin SƏTƏM qaydalarına
uyğun icra olunmasını təmin etmək.
İş sahəsində müntəzəm yoxlamalar
aparmaq, təhlükəli vəziyyət və davranışları müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər
görmək.
Risk qiymətləndirilməsi (Risk Assessment) hazırlanması və
Təhlükəsiz İş Metod Bəyanatlarının (Method Statement) hazırlanmasında iştirak etmək və onların tətbiqinə nəzarət
etmək.
İş Təhlükəsizliyi Təhlili (JSA), İş İcazəsi (Permit to Work),
yoxlama aktları, insident və qəza hesabatları, gündəlik, həftəlik və aylıq SƏTƏM hesabatlarını hazırlamaq və
qeydiyyatını aparmaq.
İşçilər və podratçılar üçün ilkin SƏTƏM təlimləri,
gündəlik təhlükəsizlik brifinqləri (Toolbox Talk) və maarifləndirici tədbirlər keçirmək.
Fərdi mühafizə vasitələrinin (FMV) düzgün seçilməsi və istifadəsinə nəzarət
etmək.
Qəza, insident və "az qala baş verəcək hadisələr"i (Near Miss)
araşdırmaq, səbəbləri müəyyən etmək və düzəldici/preventiv tədbirlər hazırlamaq.
Yanğın təhlükəsizliyi, ilk yardım vasitələri və fövqəladə hallara hazırlıq tədbirlərinə
nəzarət etmək.
SƏTƏM üzrə bütün sənədlərin düzgün saxlanılmasını,
yenilənməsini və auditlər üçün hazır vəziyyətdə olmasını təmin etmək.
Dövlət orqanları və sifarişçi tərəfindən aparılan yoxlamalarda və auditlərdə iştirak
etmək.
Əməyin mühafizəsi, ətraf mühit və təhlükəsizlik üzrə
qanunvericiliyin, normativ sənədlərin və şirkət prosedurlarının tələblərinə riayət olunmasını təmin
etmək.
Layihədə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və inkişaf
etdirilməsi istiqamətində təşəbbüslər göstərmək.
Rəhbərlik tərəfindən
verilən digər SƏTƏM istiqamətli tapşırıqları yerinə yetirmək.
İş təcrübəsi
Tikinti layihələrində SƏTƏM sahəsində minimum 3 il iş
təcrübəsi.
SƏTƏM sənədlərinin hazırlanması və sahədə təhlükəsizlik
nəzarətinin həyata keçirilməsi üzrə praktiki təcrübə.
Bilik və bacarıqlar
Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyini
bilmək.
Risklərin qiymətləndirilməsi və təhlükələrin müəyyən edilməsi
bacarığı.
SƏTƏM sənədlərinin hazırlanması və hesabatların tərtibi
bacarığı.
Microsoft Office proqramlarında sərbəst
işləmək.
Analitik düşünmə, məsuliyyətlilik və yüksək ünsiyyət
bacarıqları.
Komandada və müstəqil işləmək bacarığı.
İş şəraiti
İş yeri əsasən layihə (tikinti) sahəsidir.
Müntəzəm sahə yoxlamaları və monitorinqlər aparılır.
İş vaxtı ərzində fərdi mühafizə vasitələrindən istifadə məcburidir.
Layihənin ehtiyacından asılı olaraq əlavə iş saatları tələb oluna bilər.
Əmək haqqı- 1000-1200 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini “HSE Officer” mövzusu
iləMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
