Vakansiya haqqında
📢 ELEKTROKAR SÜRÜCÜSÜ VAKANSİYASI
Anbar və logistika sahəsində çalışmaq istəyən, məsuliyyətli və təcrübəli elektrokar sürücülərini komandamıza dəvət edirik!
Namizədə tələblər:
Orta təhsil;
Elektrokar/avtokar sürücüsü kimi minimum 6 ay iş təcrübəsi;
Avtokar sürücüsü və ya operator sertifikatı mütləqdir;
Anbar və logistika sahəsində təcrübə üstünlükdür;
Terminal ilə işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və intizamlı olmaq.
İş öhdəlikləri:
Anbara daxil olan yüklərin elektrokar vasitəsilə boşaldılması;
Paletlərin müvafiq anbar rəflərinə yerləşdirilməsi;
Sifarişlərin nəqliyyat vasitələrinə yüklənməsində iştirak;
Məhsulların daşınması zamanı təhlükəsizliyin təmin edilməsi;
Elektrokarın düzgün və təhlükəsiz idarə olunması.
İş şəraiti:
6 günlük iş həftəsi;
Növbəli iş qrafiki:08:00–17:00
14:00–23:00
23:00–08:00
İş yeri: Dərnəgül (Fab Boyanın arxası).
Əməkhaqqı:
750 AZN + bonus;
Rəsmi əmək müqaviləsi.
Anbar və logistika sahəsində təcrübəniz varsa, bu iş imkanı sizin üçün uyğun ola bilər!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
