Vakansiya haqqında
Vakansiya: Sürücü-kuryer
İşin təsviri və iş şəraiti
İş yeri: Bakı, Nərimanov rayonu;
İş şirkət avtomobili ilə həyata keçirilir;
Əməkhaqqı: 400 AZN sabit rəsmi maaş;
Hər çatdırılmaya görə 2 AZN;
Hər əlavə məhsula görə 0,50 AZN;
İş saatı: 16:00-dan başlayır;
Aylıq qazanc imkanı: 1 500–2 000 AZN (çatdırılma sayından asılı olaraq);
Avtomobil və yanacaq şirkət tərəfindən təmin olunur;
Sifarişlər anbarda hazır şəkildə təhvil verilir.
Namizədə aid tələblər
BC kateqoriyalı sürücülük vəsiqəsi;
Minimum 10 il sürücülük təcrübəsi;
Yaş həddi: 40–55 yaş;
Naviqasiya proqramlarından (Google Maps, Waze) istifadə bacarığı;
Bakı şəhərini, küçə və ünvanlarını yaxşı tanımaq;
Məsuliyyətli, intizamlı və punktual olmaq;
Müştərilərlə nəzakətli ünsiyyət qurmaq;
Nərimanov, Gənclik, Montin, Keşlə, Ulduz və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri
Məhsulların müştərilərə vaxtında və təhlükəsiz çatdırılmasını təmin etmək;
Məhsulların yüklənməsi, boşaldılması və müştəriyə təhvil verilməsində iştirak etmək;
Şirkət avtomobilindən səliqəli və məsuliyyətlə istifadə etmək.
Kateqoriya: Nəqliyyat / Logistika / Sürücü və Kuryer Xidmətləri
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
