Vakansiya haqqında
Təsvir
Yüklərin təyinatına uyğun boşaldılması, daşınması və yerləşdirilməsi;
Anbardan çıxışı təsdiqlənmiş yük və paletlərin daşıma vasitəsinə yüklənməsi;
Anbara daxil olan paletli yüklərin rəflərdə müvafiq xanaya yerləşdirilməsi;
Avtokarın təhlükəsiz və səmərəli şəkildə idarə olunmasına görə məsuliyyət daşımaq;
İşin düzgün planlaşdırılması və verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
Təhkim olunmuş texnikanın işlək və təmiz vəziyyətdə saxlanılması, istifadədən əvvəl vizual baxışın keçirilməsi;
Texnikaya istismar tələblərinə uyğun planlı nəzarətin aparılması və təmir ehtiyaclarının müəyyən edilməsi;
Aşkar olunan bütün nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat verilməsi;
İş yerində əməyin təhlükəsizliyi qayda və qanunlarına uyğun fəaliyyət göstərilməsi.
İş şəraiti
İş qrafiki: 6 gün iş, 1 gün istirahət;
İş rejimi: növbəli iş qrafiki;
Servis: 20 Yanvar və Koroğlu metro stansiyalarından şirkət tərəfindən servis təmin olunur;
İş yeri: Abşeron Logistika Mərkəzi.
Tələblər
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Avtoyükləyici texnikanı idarə etmək üçün müvafiq vəsiqə və ya sertifikatın olması mütləqdir;
Komandada işləmək bacarığı;
Nizam-intizamlı, məsuliyyətli və işində dəqiq olmaq.
Vakansiya növü: Müvəqqəti
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
