Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Sahə əməliyyatları üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.
Əsas vəzifə öhdəlikləri:
Qazma layihələri üzrə sahə əməliyyatlarının təşkili və idarə edilməsi;
Qazma qurğularının və işçi briqadaların layihələr üzrə düzgün bölgüsünün təmin edilməsi;
Sahə işlərinin təsdiq edilmiş qrafikə uyğun, vaxtında və təhlükəsiz icrasına nəzarət edilməsi;
Qazma əməliyyatlarının məhsuldarlıq göstəricilərinin izlənilməsi və təhlili;
Sahədə yaranan əməliyyat problemlərinin müəyyənləşdirilməsi və həlli istiqamətində tədbirlərin görülməsi;
İş prosesində istifadə olunan resursların səmərəli idarə olunması;
Sahə işlərinin gedişi və nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi.
Namizədə dair tələblər:
Qazma əməliyyatları sahəsində müvafiq iş təcrübəsi;
Sahə işlərinin təşkili və idarə edilməsi üzrə minumum 3 il iş təcrübəsi;
Ezamiyyətə açıq olmaq;
Komanda idarəetmə və operativ qərarvermə bacarığı;
Analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
İşlərin planlaşdırılması və icrasına nəzarət bacarığı;
Məsuliyyətlilik, çeviklik və nəticəyönümlülük.
İş şəraiti:
İş yeri: Xırdalan
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Sahə əməliyyatları üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
