Vakansiya haqqında
Əməkhaqqı: Müsahibə nəticəsinə əsasən təyin edilir.
Vəzifə öhdəlikləri:
Şirkətin büdcə planlaması və proqnozlaşdırılması prosesində iştirak etmək, müvafiq maliyyə məlumatlarını toplamaq və təhlil etmək;
Büdcə göstəricilərinin icrasını izləmək, faktiki nəticələri plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaların səbəblərini təhlil etmək;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
Departamentlər üzrə xərcləri təhlil etmək, xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması üzrə təkliflər hazırlamaq;
Maliyyə göstəriciləri və büdcə icrası üzrə analitik hesabatlar hazırlamaq, nəticələri və müvafiq təklifləri rəhbərliyə təqdim etmək.
Tələblər:
Ali təhsil və müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Excel və ingilis dili bilikləri;
ACCA sertifikatı;
Güclü ünsiyyət, komanda işi və işə planlı yanaşma bacarığı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
