Vakansiya haqqında
Olduğu yer: Qəbələ şəhəri
Yalnız Qəbələ şəhərində və ətraf ərazilərdə yaşayan namizədlər müraciət edə bilər
Vəzifə öhdəlikləri:
Layihə iştirakçıları ilə, operatorlarla qarşılıqlı əlaqə, planlaşdırma yığıncaqlarında iştirak etmək, cari planların və yeni layihələrin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək;
Baş operatorla qarşılıqlı əlaqə, təkliflərin irəli sürülməsi, cari məsələlərin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək;
Digər operatorlarla, layihə iştirakçıları ilə, layihə rejissorları ilə, layihə koordinatorları ilə, layihə menecerləri ilə qarşılıqlı əlaqə;
Çəkiliş cədvəlinə uyğun olaraq layihə çəkilişlərində iştirak etmək;
Video-çarxların bilavasitə çəkilişi, kadr qoyuluşu: aktyorla, rekvizitlə və lokasiyalarla iş — kadrda gözəl təsvirin yaradılması;
Video-çarxlara dair önizləmənin və digər foto işlərinin yaradılmasında iştirak etmək;
Rejissor meydançada olmadığı halda çəkiliş prosesinin idarə edilməsi;
Çəkilişdən əvvəl referenslərin və artıq çəkilmiş, kanalda çəkiliş üçün planlaşdırılan ideyanın gözdən keçirilməsi;
Vərdişlərinin təkmilləşdirilməsi, mobiloqrafiya və operatorluq sənəti sahəsində yeniliklər və trendlər haqqında məlumatın öyrənilməsi;
İşıqlandırma avadanlığı ilə iş, quraşdırılma, test olunma, xidmət;
Avadanlığın uçotunun aparılması, avadanlıqla ehtiyatlı davranma;
Nasaz avadanlıq barədə, yaxud çəkilişlərin aparılması üçün yeni avadanlığın əldə edilməsi zərurəti barədə rəhbərliyi 6 saat ərzində xəbərdar etmək;
Görülmüş iş barəsində hesabatların hazırlanması;
Zərurət yarandıqda digər inzibati işləri yerinə yetirmək.
Tələblər:
Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi;
Orta/orta ixtisas təhsili;
MS Office üzrə yaxşı biliklər;
Peşəkar kamera ilə işləmək bacarığı;
Təbii işıqlandırma və səslə işləmək bacarığı;
Gözəl zövqə və kompozisiya hissinə malik olmaq;
Kreativ və qeyri-standart düşünmək və işə yanaşmaq qabiliyyəti;
Ətrafdakı gözəlliyi görmək və onun ustalıqla kadra köçürmək qabiliyyəti;
Komandada işləmək bacarığı, diplomatiya, stressə davamlılıq, məsuliyyət, mehriban və peşəkar davranış.
Şərtlər:
İş qrafiki – 20 gün çəkiliş, 10 gün istirahət;
Əmək haqqı 1500 – 2000 Azn aralığı (təcrübədən asılı olaraq);
Qəbələ şəhərində yaşayışın təşkil edilməsi;
Peşəkar iş mühiti;
Peşə və karyerada yüksəliş imkanı;
Dəstək olmağa və texniki olaraq kömək etməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda.
Müsahibə qəbul edilmiş bütün CV-lərə baxıldıqdan sonra baş tutacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
