Vakansiya haqqında
Tələblər:
Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsi üzrə ali təhsil;
Büdcə planlaması, maliyyə analizi və hesabatlılıq sahəsində minimum 3 il iş təcrübəsi;
Əsas şirkət və törəmə müəssisələr üzrə maliyyə uçotu və nəzarət proseslərində təcrübə;
Analitik düşünmə, maliyyə planlaması və strukturlaşdırılmış hesabat hazırlama bacarığı;
MS Excel-dən yüksək səviyyədə istifadə bacarığı;
ERP sistemləri (1C və ya oxşar) ilə işləmə təcrübəsi;
IFRS standartları üzrə biliklər;
Analitik yanaşma, operativ qərarvermə və komanda ilə işləmək bacarığı;
Azərbaycan dili – əla, İngilis və rus dilləri – işgüzar səviyyədə;
ACCA (F5, F7, F9) – üstünlükdür.
Vəzifə öhdəlikləri:
Rəhbərlik üçün aylıq, rüblük və illik idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Şirkətin illik və rüblük büdcəsini birbaşa hazırlamaq, törəmə müəssisələrin büdcələrinin hazırlanması prosesini isə koordinasiya etmək;
Biznesin səmərəliliyini artırmaq məqsədilə maliyyə modelləri qurmaq, ssenari və həssaslıq analizləri aparmaq;
Büdcə icrasına nəzarət etmək, faktiki və plan göstəricilərini müqayisəli təhlil edərək kənarlaşmalar üzrə analitik hesabatlar hazırlamaq;
Büdcə və hesabatlılıq proseslərinin avtomatlaşdırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Digər struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının dəqiqliyini və vaxtında təqdim edilməsini təmin etmək.
Əlavə imtiyaz və üstünlüklər:
Könüllü tibbi sığorta (3 ay sonra);
“DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması;
Vakansiya ilə bağlı “Büdcə və hesabatlılıq üzrə baş mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
