Vakansiya haqqında
İş yeri: Bakı və Region filialları
Əsas vəzifə öhdəlikləri
Aktiv satışların təşkili və potensial müştərilərin cəlb edilməsi;
Kredit portfelinin keyfiyyətinə nəzarət və mövcud müştərilərlə mütəmadi əlaqələrin saxlanılması;
Müştəri müraciətlərinin qəbul edilməsi, təhlili, kredit komitəsinə təqdim olunması və kreditlərin rəsmiləşdirilməsi;
Yeni kredit məhsulları və satış metodlarının inkişafı ilə bağlı təkliflərin hazırlanması;
Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə operativ və keyfiyyətli xidmət göstərilməsi;
Daxil olan şikayət və müraciətlərin araşdırılması və həllinin təmin edilməsi;
Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət;
Satış və kreditləşmə proseslərinin effektivliyinin artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak.
Namizədə tələblər
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ali və ya natamam ali təhsil;
Yüksək ünsiyyət və müştəriyönümlülük bacarığı;
Fərdi və komanda şəklində işləmək bacarığı;
Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
Bank və ya bank olmayan kredit təşkilatlarında iş təcrübəsi;
Lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
İş yeri: Bakı və region filialları
Əməkhaqqı və bonus sistemi
Başlanğıc kateqoriya:
400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN-dək
Yuxarı kateqoriya:
600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN-dək
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu sətrində: “Baş Kredit Mütəxəssisi” qeyd olunması xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Göndərilən CV-lər şirkətin məxfi məlumat bazasında saxlanılır və vakansiyalar üzrə namizədlərin qiymətləndirilməsi məqsədilə istifadə olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
