Vakansiya haqqında
Öhdəliklər:
Müştəriyə malların kreditlə satılması barədə ətraflı məlumat vermək;
Kredit müraciətlərinin qəbulu və analizi;
Kredit portfelinə nəzarət və idarə etmək;
Kreditlə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
Kreditlə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
Mağaza Menecerinin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.
İş şəraiti:
Əmək haqqı: 800 AZN
İş yeri: Bakı şəhərinin Əhmədli, Metropark və Azadlıq filialları – filiallar üzrə əvəzləyici iş rejimi
Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
Namizədə tələblər:
Cinsi: Kişi
Yaş: 25 – 35 yaş arası
Təhsil: Ali təhsili
Azərbaycan dilini səlis bilməlidir
İş təcrübəsi: Kredit mütəxəssisi üzrə azı 1 il iş stajı
MS Excel, MS Word və Logo Tiger proqramları ilə işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti.
Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti
İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
