Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı, Bakıxanov
İş qrafiki: 6 iş günü, 1 gün istirahət
Vəzifə öhdəlikləri
Müştərilərə kredit məhsulları və şərtləri haqqında ətraflı məlumat vermək;
Kredit müraciətlərini qəbul etmək və ilkin təhlilini aparmaq;
Girov əmlaklarını qəbul etmək və müəyyən edilmiş qaydalara uyğun qiymətləndirmək;
Kredit ödənişlərini və müştəri hesablarını izləmək;
Kredit və girov müqavilələrinin rəsmiləşdirilməsini həyata keçirmək;
Müştəri məlumatlarını sistemə düzgün və vaxtında daxil etmək;
Müştərilərlə düzgün, nəzakətli və peşəkar ünsiyyət qurmaq;
Gündəlik əməliyyat və sənədləşmə işlərini həyata keçirmək.
Namizədə tələblər
Namizəd: Xanım
Təhsilli olmalıdır: Ali və ya orta ixtisas təhsilli
İş təcrübəsi: Tələb olunmur – iş öyrədilir
Ali və ya orta ixtisas təhsilli olmalıdır;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Rus dili biliyi arzuolunandır;
MS Office proqramlarında işləmək bacarığı;
Yaxşı riyazi hesablama bacarığı;
Müştərilərlə effektiv ünsiyyət qurmaq bacarığı;
Ünsiyyətcil və nəzakətli olmaq;
Məsuliyyətli və intizamlı olmaq;
İşdə dəqiq və diqqətli olmaq;
Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq.
İş təcrübəsi tələb olunmur. Namizədə iş prosesi və vəzifə öhdəlikləri ətraflı şəkildə öyrədiləcək.
İşə götürən tərəfindən təmin olunur
Stabil və uzunmüddətli əməkdaşlıq imkanı;
İş üzrə təlim və praktiki öyrənmə;
Peşəkar inkişaf imkanları;
Rəsmi əmək müqaviləsi;
Rahat və işgüzar iş mühiti.
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
