Vakansiya haqqında
İşin əsas vəzifələri
Clopos
proqram təminatının HoReCa sektorunda fəaliyyət göstərən müəssisələrə
(restoran, kafe, hotel və digər iaşə obyektləri) satışını həyata keçirmək;
Yeni
potensial müştəriləri müəyyənləşdirmək, onlarla ilkin əlaqə yaratmaq və əməkdaşlıq
imkanlarını araşdırmaq;
Müştərilərin
biznes ehtiyaclarını öyrənərək Clopos-un funksionallığını və təqdim etdiyi
üstünlükləri izah etmək;
Məhsulun
təqdimatını (demo) keçirmək və müştərilərə uyğun həllər təklif etmək;
Satış
prosesini ilkin əlaqədən razılaşmanın əldə olunmasına qədər idarə etmək;
Yeni
müştərilərin cəlb edilməsi və müəyyən edilmiş satış hədəflərinin yerinə
yetirilməsini təmin etmək;
Mövcud
müştərilərlə işgüzar münasibətləri qorumaq və yeni əməkdaşlıq imkanlarını
dəyərləndirmək;
Satış
fəaliyyətinə dair hesabatlar hazırlamaq və CRM sistemində müvafiq məlumatları
yeniləmək.
Namizədə dair tələblər
Ali təhsil
(biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr
üzrə olması üstünlükdür);
Satış
sahəsində təcrübə;
B2B və
SaaS satış təcrübəsi üstünlükdür;
HoReCa
sektorunu tanımaq və bu sahədə təcrübəyə malik olmaq əlavə üstünlükdür;
Yüksək
ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştəri
ehtiyaclarını düzgün analiz etmək və uyğun həllər təklif etmək bacarığı;
Nəticəyönümlü,
təşəbbüskar və məsuliyyətli yanaşma;
CRM
sistemləri və MS Office proqramları ilə işləmək bacarığı;
Komanda
ilə işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Clopos-da səni nə gözləyir?
Rəqabətli
əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
Gənc,
dinamik və dəstəkləyici komanda mühiti;
Çevik
iş qrafiki və uzaqdan işləmək imkanı;
Beynəlxalq
bazarlarda fəaliyyət göstərən texnologiya şirkətinin inkişafında iştirak
etmək imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
