Vakansiya haqqında
“ODONTOS” MMC Bakıda “Satış meneceri” vəzifəsi üzrə vakansiya təqdim edir.
Tələblər
Yaş həddi: 23-40;
Bəy namizədlər;
Satış sahəsində minimum 5 il iş təcrübəsi olan namizədlər, xüsusilə tibb sahəsində çalışmış şəxslər;
Səlis Azərbaycan dili biliyi, rus dili bilənlərə üstünlük verilir;
Görünüşün səliqəli və xoş olması;
Güclü ünsiyyət və satış bacarığı, fikrini aydın ifadə etmək qabiliyyəti;
İşgüzar, məsuliyyətli, dürüst və hədəf yönümlü olmaq;
Gərgin iş tempində səmərəli işləyə bilmək;
Kollektivdə işləmə və müştərilərlə əlaqə qurma bacarığı;
Şəxsi avtomobilin olması mütləqdir.
Vəzifə öhdəlikləri
Şirkət məhsullarının satış prosesini təşkil etmək;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
Müştərilərə məhsulların keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
Görülən işlər barədə rəhbərliyə gündəlik hesabat təqdim etmək;
Şirkətin təklif etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri barədə tam məlumatlı olmaq;
Satış strategiyasını hazırlamaq, inkişaf etdirmək və idarə etmək;
Müştəri bazasını genişləndirmək;
Müştərilərlə daimi əlaqədə qalmaq, onların ehtiyac və tələblərini təhlil etmək.
İş şəraiti
İş saatları: 09:00 – 18:00;
Əmək haqqı: 1000 AZN +;
İş ərazisi: Bakı.
Tələblərə uyğun namizədlərdən xahiş olunur ki, mövzu hissəsində “Satış meneceri” qeyd etməklə CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
