Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

KOVAA GROUP

Satış meneceri

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Şirkətin mərkəzdə yerləşən premium yaşayış kompleksində mənzillərin satışı prosesini həyata keçirmək; Potensial müştərilərlə əlaqə qurmaq, onları ofisdə qarşılamaq, layihə, mənzil planları, tikinti gedişatı və ödəniş şərtləri barədə ətraflı məlumat vermək; Müştərilərin tələbatlarını operativ şəkildə müəyyənləşdirərək onlara uyğun mənzil seçimləri təklif etmək; İlkin danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması və satış müqavilələrinin bağlanması prosesini idarə etmək; Mövcud və potensial müştəri bazası ilə əlaqələri saxlamaq, CRM sistemində müştəri məlumatlarını dəqiq qeyd etmək; Şirkətin satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Namizədə tələblər: Ali təhsil; Daşınmaz əmlak sahəsində (əsasən tikinti və ya MTK sektorunda) satış sahəsində minimum 2-3 il iş təcrübəsi; Azərbaycan dilində sərbəst və səlis danışıq qabiliyyəti (rus və ya ingilis dili bilikləri üstünlükdür); Yüksək ünsiyyətqurma, inandırma və danışıqlar aparma bacarığı; Səliqəli xarici görünüş, təqdimat və biznes etikası qaydalarına tam riayət olunması; Stressə dözümlülük, komandada işləmək bacarığı və nəticəyə odaklılıq; Kompüter bilikləri (MS Office proqramları). Qeyd: Cv-lər yalnız şəkilli formada qəbul olunur. 0705411602 wp və kovaagorup24@gmail adresində cv-lər qəbul edilir

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.