Vakansiya haqqında
Təsvir
Risklərin təhlili və onların təhlükə ehtimalının
qiymətləndirilməsi;
Risk xəritələrinin hazırlanması və risklərin
prioritetləşdirilməsi;
Risklərin təsirini azaltmaq üçün müvafiq
tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
Risklərə dair məlumat
bazasının mütəmadi yenilənməsi;
Risklərin idarə olunması ilə bağlı
hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Risklərin idarə
olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulması və nəzarətin təmin edilməsi;
Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın
təşkili;
Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi
üçün zəruri sənədlərin toplanması və təhlili;
Risk idarəetməsi üzrə
limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin
hazırlanması;
Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və
yoxlamalarının koordinasiyası;
Risk idarəetmə prosesinin davamlı
monitorinqinin aparılması;
Bərpaedici tədbirlərin həyata keçirilməsinə və
daxili nəzarətin gücləndirilməsinə töhfə vermək;
"Prime Cotton" MMC
qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq
baza, qeydiyyat kitabları və ya sənədlər, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və
s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması zamanı yarana
biləcək risklərin önlənməsi üçün risk matrisalarının hazırlanması;
Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin və məntiqi analizlərin aparılması üçün risk
səviyyəsinin dəyərləndirilməsi hesabatlarının hazırlanmasına müvafiq baza yaratmaq;
Risk işinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər
hazırlamaq;
Tələblər
Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat
sahəsi üzrə);
Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə,
analoji sahədə ən azı 3 il iş təcrübəsi;
Azərbaycan dilində əla, ingilis
və rus dillərində yaxşı səviyyədə bilik;
Riyazi və texniki məlumatları
analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
Məlumat
strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli bacarığı;
Excel; Power BI bilikləri;
Məlumatların məxfiliyini
qoruyub saxlamaq bacarığı;
Analitik təhlil etmə
qabiliyyəti;
Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri
operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
