Vakansiya haqqında
Təsvir
Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqinin həyata keçirilməsi;
Monitorinq zamanı aşkar olunan potensial risklər və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi;
Bankın region filiallarına səfərlər;
Monitorinqin icrası ilə bağlı hesabatların verilməsi;
Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələrin, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərinin yerinə yetirilməsi.
Tələblər
Ali təhsil (iqtisadiyyat və ya maliyyə sahəsində təhsil üstünlükdür);
Analitik düşünmə və təhlil bacarığı;
Analoji sahə üzrə 2 il iş təcrübəsi;
Müştərilərlə ünsiyyət qurma qabiliyyəti;
İşdə dəqiqlik və detallara diqqət yetirmə;
Bank qanunvericiliyi və normativ sənədlər barədə biliklər;
Azərbaycan dili sərbəst, rus dili biliyi arzuolunandır;
Komandada işləmək bacarığı;
MS Office proqramlarını sərbəst istifadə bacarığı.
Beynəlxalq sertifikatların ACCA (F3) olması əlavə üstünlükdür.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Tibbi sığorta paketi;
Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
professional və maddi inkişaf perspektivləri;
Peşəkar korporativ mühitdə işləmək imkanı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
