Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Kinoteatrda reklam yerləşdirmək istəyən yeni müştərilərin və şirkətlərin cəlb olunması;
Potensial reklamverənlərin aşkar edilməsi və müştəri bazasının artırılması;
Şirkətlərə Park Cinema-nın reklam imkanları və reklam platformalarının təqdim edilməsi;
Kinoteatr ekranlarında, foyedə və digər reklam sahələrində yerləşdirmə üzrə satışların həyata keçirilməsi;
Müştəri ehtiyaclarına uyğun reklam paketlərinin və kommersiya təkliflərinin hazırlanması;
Potensial müştərilərlə görüşlərin təşkili və danışıqların aparılması;
Reklam müqavilələrinin bağlanması və satış prosesinin son mərhələyədək idarə edilməsi;
Mövcud reklam müştəriləri ilə əlaqələrin qorunması və əməkdaşlığın davamlılığının təmin olunması;
Yeni reklam və əməkdaşlıq imkanlarının araşdırılması;
Rəqiblərin reklam bazarının və qiymət siyasətinin təhlil edilməsi;
Aylıq satış hədəflərinin yerinə yetirilməsi və satış hesabatlarının hazırlanması.
Namizədə tələblər
Satış və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
B2B satış və korporativ müştərilərlə işləmək bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarıqları;
Yeni müştərilərin axtarışı və cəlb edilməsi üzrə aktiv yanaşma;
Kommersiya təklifləri hazırlamaq bacarığı;
Nəticəyönümlü və təşəbbüskar olmaq;
MS Office proqramları üzrə biliklər;
Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Şərtlər və üstünlüklər
800 AZN sabit əmək haqqı və satış nəticələrinə əsasən bonus;
Həftədə 6 iş günü qrafiki;
Dinamik və kreativ iş mühiti;
Böyük şirkət və brendlərlə əməkdaşlıq imkanı;
Peşəkar inkişaf və karyera perspektivi.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
