Vakansiya haqqında
Vəzifələr
Məhsul, torba, paket, etiket və digər qablaşdırma materiallarının hazırlanması;
Çap materiallarının tərtibi və çapdan əvvəlki hazırlıq (prepress) mərhələlərinin idarə olunması;
Sosial media üçün statik və motion vizualların yaradılması;
Video montajı və qısa formatlı video kontentlərin hazırlanması;
Brend kitabçasının (Brandbook) yenilənməsi və brend standartlarına uyğun kreativ materialların işlənməsi;
Süni intellekt (AI) alətlərindən istifadə etməklə dizayn və kontent hazırlığı proseslərinin daha səmərəli təşkil edilməsi.
Tələblər
Ali təhsil: Marketinq, biznesin idarə olunması, PR və kommunikasiya və digər oxşar sahələr;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili və Rus dili - yaxşı;
Məsuliyyətli, nəticəyönümlü, kreativ, təşəbbüskar, öyrənməyə və inkişaf etməyə açıq olmaq;
Adobe Illustrator, Photoshop, InDesign, After Effects və Premiere Pro proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
CorelDRAW proqramında işləmə və çapqabağı hazırlıq (prepress) üzrə bacarıq;
Packaging Design və Print Design üzrə praktiki təcrübə;
3D, Motion Design və video montaj bacarığı;
AI alətləri ilə işləmə bacarığı: Adobe Firefly, Midjourney, Runway/Kling və digər generativ AI alətləri;
Print & Prepress üzrə biliklər: CMYK/RGB, Pantone, bleed, dieline, resolution və çap üçün texniki faylların hazırlanması.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu;
İş saatları: 08:30-17:30;
İş günləri: həftədə 5 gün;
Şirkət tərəfindən naharla təmin olunma;
Özəl tibbi sığorta.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini “Qrafik/Motion dizayner” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
