Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Travacco

Qrafik/Motion dizayner

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vakansiya: Qrafik və Motion Dizayner Namizədə tələblər: Qrafik dizayn və motion dizayn sahəsində ən azı 2 il iş təcrübəsi; Adobe Photoshop, Illustrator, After Effects, Premiere Pro, Canva və digər dizayn proqramları ilə işləmək bacarığı; Sosial media platformaları (Instagram, Facebook, LinkedIn, TikTok, YouTube) üçün kreativ vizuallar və animasiyalar hazırlamaq bacarığı;; Süni intellekt alətləri ilə işləmək bacarığı (ChatGPT, Midjourney, Runway, Google Gemini, Kling AI və digər AI foto/video generasiya alətləri); Müasir dizayn trendlərini, sosial media formatlarını və vizual marketinq prinsiplərini bilmək; İngilis dili biliyi üstünlükdür; Hazırlanmış işlərdən ibarət portfolio təqdim etmək. İş barədə məlumat: Şirkətin sosial media hesabları üçün kreativ reklam bannerləri, postlar, story və digər vizual materialların hazırlanması; Məhsul və xidmətlərin tanıtımı üçün motion qrafika, animasiya və reklam videolarının hazırlanması; Instagram Reels, TikTok və YouTube Shorts üçün dinamik video kontentin yaradılması; Hazırlanmış foto, video, post, story və digər kontentlərin şirkətin sosial media hesablarında (Instagram, Facebook, LinkedIn, TikTok, YouTube) paylaşılması və paylaşımların planlaşdırılması; Süni intellekt alətlərindən istifadə etməklə foto, video, animasiya və digər kreativ kontentin hazırlanması; Yeni AI və dizayn texnologiyalarının gündəlik iş prosesinə tətbiqi. Əmək haqqı: 750 AZN + KPI nəticələrinə görə əlavə bonus İş qrafiki: 10:00–19:00 (həftə içi 5 gün), 10:00–16:00 (şənbə günü). Şirkət: Travacco — turizm şirkətləri üçün ERP, CRM və biznes idarəetmə proqram təminatı. Vebsayt: www.travacco.com Qeyd: Müraciət zamanı portfolio təqdim olunması mütləqdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.