Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Brendin vizual identifikasiyasına uyğun yaradıcı dizayn konseptləri hazırlamaq;
Rəqəmsal kanallar üçün sosial media paylaşımları, reklam bannerləri, kampaniya vizualları və digər kreativ materialları tərtib etmək;
Çap və POSM materiallarını, o cümlədən poster, flayer, vitrin dizaynı, stend, wobler və sair nümunələri hazırlamaq və çap üçün uyğunlaşdırmaq;
Motion qrafika, animasiya və dinamik reklam videoları hazırlamaq;
Süni intellekt alətlərindən istifadə edərək kreativ vizuallar, animasiyalar və video kontent yaratmaq;
Namizədə tələblər
Qrafik və motion dizayn sahəsində ən azı 2 il peşəkar iş təcrübəsi;
Digital, çap, POSM və motion dizayn istiqamətlərində praktiki bacarıq;
Adobe Photoshop, Illustrator və After Effects proqramlarında sərbəst işləmək;
AI əsaslı qrafik və video generasiya alətləri ilə işləmək, süni intellekt vasitəsilə keyfiyyətli və peşəkar kontent hazırlamaq bacarığı;
Kompozisiya, vizual iyerarxiya, rəng nəzəriyyəsi, tipoqrafiya və digər əsas dizayn prinsipləri üzrə güclü biliklər;
Kreativ yanaşma, estetik zövq və trendləri brendin vizual üslubuna uyğun tətbiq etmək bacarığı;
Çap texnologiyaları, RGB/CMYK rəng modelləri və çapa hazırlıq prosesləri barədə biliklər;
Detallara diqqət, məsuliyyətlilik və komanda ilə effektiv işləmək bacarığı.
Digər məlumatlar
Nahar və servis ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük tam iş qrafiki;
Korporativ mobil nömrə.
Müraciət qaydası
Vakansiyaya müraciət etmək istəyən namizədlər CV-lərini “Qrafik & Motion Dizayner” başlığını mövzu hissəsində qeyd etməklə “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
