Vakansiya haqqında
“UĞUR İNDUSTRY” MMC Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri
Xırdalan şəhəri
Namizədə tələblər
Qrafik dizayn sahəsində ən azı 2 il iş təcrübəsi;
Adobe Photoshop, Illustrator, InDesign, After Effects, Premiere Pro və CorelDRAW proqramlarında yüksək bilik və sərbəst işləmə bacarığı;
Motion design, animasiya və video qrafika üzrə praktiki təcrübə;
Kompozisiya, tipoqrafiya, rəng və vizual estetika barədə biliklər;
Kreativ yanaşma, detallara həssaslıq və vaxtı düzgün idarə etmək bacarığı;
Süni intellekt əsaslı dizayn və video alətləri ilə işləmək bacarığı üstünlük hesab olunur;
Komanda ilə operativ ünsiyyət qurmaq və geribildirim əsasında işləmək bacarığı;
Portfolio təqdim edilməsi mütləqdir.
Əsas vəzifələr
Sosial media platformaları üçün kreativ qrafik materialların hazırlanması;
Reklam kampaniyaları, endirimlər və promo aksiyalar üçün vizual konseptlərin işlənməsi;
Motion qrafika, animasiya və dinamik reklam videolarının hazırlanması;
Reels, Stories və digər rəqəmsal formatlar üçün vizual kontentin dizayn edilməsi;
Banner, poster, flyer, POSM və digər çap məhsullarının hazırlanması;
Brendin vizual kimliyinə və korporativ üslubuna uyğun dizaynların işlənməsi;
Kreativ ideyaların vizual həllərə çevrilməsi;
Marketinq komandası ilə əlaqəli və koordinasiyalı şəkildə çalışmaq;
İş prosesində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
Vəzifədən irəli gələn digər tapşırıqların yerinə yetirilməsi.
Təminatlar
Nahar şirkət tərəfindən təmin olunur;
Korporativ nömrə verilir;
Bakı və Sumqayıt şəhərlərindən iş yerinə servis xidməti mövcuddur;
Əmək haqqı: xalis 1000-1500 AZN.
Müraciət qaydası
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
