Vakansiya haqqında
İctimaiyyətlə əlaqələr şöbəsi İdarənin korporativ imicinin möhkəmləndirilməsi, fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi və tarixi-mədəni irsin tanıdılması istiqamətində fəaliyyət göstərir.
Qrafik dizayner İdarənin vizual kimliyinin inkişafına, yaradıcı dizayn konsepsiyalarının, rəqəmsal və çap materiallarının, həmçinin animasiyalı vizual kontentin hazırlanmasına və mədəni layihələrin vizual kommunikasiya baxımından dəstəklənməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri
İdarənin kommunikasiya məqsədlərinə və korporativ vizual kimliyinə uyğun yaradıcı dizayn konsepsiyaları və qrafik həllər hazırlamaq;
Sosial media platformaları, rəsmi veb-sayt və digər rəqəmsal kanallar üçün vizual kontent, infoqrafika, banner və digər qrafik materiallar hazırlamaq;
Rəqəmsal kommunikasiya kanalları üçün motion design elementləri, 2D animasiyalar, hərəkətli tipoqrafiya və digər dinamik vizual materiallar hazırlamaq;
Yerli və beynəlxalq tədbirlər, sərgilər, festivallar, konfranslar və mədəni layihələr üçün vahid vizual konsepsiyalar, animasiyalı afişalar, dinamik bannerlər və digər dizayn materialları hazırlamaq;
Katalog, buklet, broşür, kitabça, illik hesabat, dəvətnamə və digər nəşr və poliqrafiya məhsullarının qrafik tərtibatını və səhifələnməsini həyata keçirmək;
Sərgi və ekspozisiya məkanları, muzeylər və digər ictimai sahələr üçün məlumatlandırıcı və istiqamətləndirici lövhələrin, stendlərin, fotopanellərin və digər vizual elementlərin dizaynını hazırlamaq;
İçərişəhər və Qala qoruqlarının tarixi-mədəni irsinin, muzeylərin və turizm potensialının tanıdılmasına yönəlmiş kreativ vizual materiallar hazırlamaq;
Korporativ təqdimatların, kommunikasiya kampaniyalarının və müxtəlif layihələrin vizual tərtibatını həyata keçirmək, ilkin eskizlər və alternativ dizayn həlləri təqdim etmək;
Video materiallar üçün animasiyalı mətnlər, intro/outro elementləri, keçidlər, infoqrafikalar və digər hərəkətli qrafik elementlər hazırlamaq;
Fotoşəkillərin və digər vizual materialların retuşunu, rəng korreksiyasını və qrafik emalını həyata keçirmək;
Dizayn materiallarını müxtəlif rəqəmsal və çap formatlarına uyğunlaşdırmaq, çapöncəsi texniki hazırlığı təmin etmək və yekun məhsulun təsdiqlənmiş dizayna uyğunluğunu yoxlamaq;
İdarənin və tabeliyindəki qurumların vizual kommunikasiya materiallarında vahid korporativ üslubu qorumaq, dizayn şablonları və qrafik elementlər sistemi hazırlamaq;
Dizayn tapşırıqlarını müəyyən edilmiş müddətlərdə icra etmək, aidiyyəti struktur bölmələrlə koordinasiyanı təmin etmək və hazırlanmış dizayn fayllarını sistemləşdirərək elektron arxivini aparmaq.
Namizədə tələblər
Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil (müvafiq peşəkar təcrübə və güclü portfolio nəzərə alına bilər);
Qrafik dizayn sahəsində ən azı 2 il iş təcrübəsi;
Adobe Photoshop, Illustrator və InDesign proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
Adobe After Effects proqramında animasiyalı qrafik materialların və sadə 2D animasiyaların hazırlanması üzrə praktiki təcrübə;
Motion design prinsipləri, hərəkətli tipoqrafiya, animasiya keçidləri və vizual dinamika üzrə bilik və bacarıqlar;
Kompozisiya, tipoqrafiya, rəng nəzəriyyəsi, vizual iyerarxiya və brend dizayn prinsipləri üzrə əsaslı biliklər;
Rəqəmsal və çap məhsullarının dizaynı, səhifələnməsi və çapöncəsi hazırlığı üzrə praktiki təcrübə;
Statik və animasiyalı dizayn materiallarının müxtəlif rəqəmsal platformaların texniki tələblərinə uyğun hazırlanması bacarığı;
Müasir dizayn və motion design tendensiyalarını izləmək və onları layihələrin məqsədlərinə uyğun tətbiq etmək bacarığı;
Yaradıcı və konseptual düşüncə, yüksək estetik zövq və detallara diqqət;
Paralel layihələr üzərində işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş icra müddətlərinə riayət etmək bacarığı;
Komandada işləmək, konstruktiv rəyləri nəzərə almaq və dizayn qərarlarını əsaslandırmaq bacarığı;
Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
Statik dizayn və motion design üzrə iş nümunələrini əks etdirən portfolionun təqdim edilməsi.
Əlavə üstünlüklər
Adobe Premiere Pro proqramında video montaj və postproduksiya üzrə iş təcrübəsi;
Figma və digər müasir dizayn alətlərindən istifadə bacarığı;
3D animasiya və vizuallaşdırma proqramları ilə işləmək bacarığı;
Mədəniyyət, turizm, muzey, sərgi və ya yaradıcı kommunikasiya layihələrində qrafik dizayn və motion design üzrə iş təcrübəsi;
Brend kimliyi və vizual üslub üzrə təlimatların hazırlanması təcrübəsi.
Biz nə təklif edirik?
Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması və tanıdılmasına yaradıcı töhfə vermək, yerli və beynəlxalq mədəni layihələrin vizual kimliyinin formalaşdırılmasında iştirak etmək, tarixi irslə müasir dizayn yanaşmalarını birləşdirən layihələr üzərində işləmək və peşəkar komandada yaradıcılıq potensialını inkişaf etdirmək imkanı.
Maraqlanan namizədlərdən CV və portfoliolarını “Qrafik dizayner” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
