Vakansiya haqqında
Görüləcək işlər:
Sosial şəbəkələr üçün post, story və reklam dizaynlarının hazırlanması;
Kampaniya, endirim və yeni məhsullar üçün kreativ vizualların hazırlanması;
Sayt üçün bannerlərin, çap materialları üçün flayer və afişaların dizaynı;
Dizaynların müxtəlif platforma və ölçülərə uyğunlaşdırılması;
Brend üslubunun qorunması və marketinq komandasının rəyləri əsasında düzəlişlərin edilməsi.
Namizədə tələblər:
Qrafik dizayn sahəsində təcrübə və portfolio;
Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
Kompozisiya, rəng uyğunluğu və tipoqrafiya bilikləri;
Satış yönümlü, diqqətçəkən və oxunaqlı dizaynlar hazırlamaq bacarığı;
Tapşırıq və təhvil müddətlərinə məsuliyyətli yanaşma;
Komanda ilə operativ ünsiyyət və geribildirimlə işləmək bacarığı.
Elektronika və pərakəndə satış sahəsində dizayn təcrübəsi, həmçinin motion dizayn bacarığı üstünlükdür.
Əməkdaşlıq şərtləri:
İş formatı: məsafədən, frilans;
Tapşırıqlar marketinq komandası tərəfindən brif əsasında təqdim olunur;
İş həcmi, təhvil müddətləri və düzəliş sayı əvvəlcədən razılaşdırılır;
Ödəniş iş həcminə uyğun olaraq aylıq və ya layihə əsaslı razılaşdırılır;
Təsdiqlənmiş dizaynlar yekun formatlarla yanaşı redaktə edilə bilən mənbə faylları ilə təhvil verilir.
📌 Müraciətdə “Frilans dizayner” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
