Vakansiya haqqında
İş şəraiti
İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00;
İstirahət günləri: şənbə və bazar;
Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı razılaşdırılır;
Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Bakı şəhəri, Xətai Rayonu, Həzi Aslanov qəs. Camal Hacıəliyev küçəsi.
Əsas vəzifələr
Şirkətə müraciət edən şəxslərin, keçirilən görüşlərin və daxil olan müraciətlərin qeydiyyatını aparmaq;
Daxil olan sənədləri qəbul etmək, onları yoxlamaq və aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirmək;
Şirkətə gələn qonaqları qarşılayaraq uyğun şəxs və ya bölmələrə yönləndirmək;
Şirkətin rəsmi sosial media hesablarının idarə olunmasını və SMM fəaliyyətinin həyata keçirilməsini təmin etmək;
Vəzifə öhdəliklərini müəyyən olunmuş müddətlərdə və tələblərə uyğun şəkildə yerinə yetirmək;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və keyfiyyətli icra etmək.
Namizədə tələblər
Namizəd xanım olmalıdır;
Yaş həddi: 24–35;
MS Office proqramları üzrə bilik və praktiki istifadə bacarığı;
İşində dəqiqlik, intizam və yüksək məsuliyyətlilik;
Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Müraciət qaydası
CV faylını “Qeydiyyatçı (Resepşn)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi: +994 10 265 56 55
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
