Vakansiya haqqında
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi, həftə içi saat 09:00–18:00; (6cı gün 09:00-15:00)
İstirahət günü: Bazar;
Əməkhaqqı: 550 AZN
Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Bakı şəhəri, Binəqədi r,Binəqədi qəsəbəsi
Əsas Vəzifələr:
Şirkətə müraciət edən şəxslərin, keçirilən görüşlərin və daxil olan müraciətlərin qeydiyyatını aparmaq;
Daxil olan sənədləri qəbul etmək, yoxlamaq və aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirmək;
Şirkətə gələn qonaqları qarşılamaq və müvafiq şəxslərə və ya struktur bölmələrə yönləndirmək;
Müvafiq şöbə tərəfindən təhvil verilən qaimələrin qeydiyyatının aparılması;
Vəzifə öhdəliklərini müəyyən edilmiş müddətlərdə və müvafiq tələblərə uyğun şəkildə yerinə yetirmək;
Birbaşa rəhbəri tərəfindən verilən tapşırıqları vaxtında, keyfiyyətlə və düzgün icra etmək.
Namizədə tələblər:
Namizəd xanım olmalıdır;
Yaş həddi: 22–35;
İş təcrübəsi minimum 1 il;
MS Office proqramları üzrə bilik və praktiki istifadə bacarığı;
İşində dəqiqlik, intizam və yüksək məsuliyyətlilik;
Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
