Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Respublika klinik xestexanasi

Qeydiyyatçı

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir! Əməkhaqqı: TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi qaydasına uyğun olaraq tənzimlənir. Tələblər: Ali təhsil; 35 yaşadək olmaq; Azərbaycan dilində səlis ünsiyyət bacarığı (rus və ingilis dili bilikləri arzuolunandır); Kompüter bilikləri (MS Office proqramları və elektron sistemlərlə işləmək bacarığı); Gecə-gündüz növbəli iş rejimində işləmək imkanı; Ünsiyyətcil, məsuliyyətli və stressə davamlı olmaq; Komandada işləmək bacarığı; Nizam-intizamlı olmaq və etik davranış qaydalarına riayət etmək. Vəzifə öhdəlikləri: Pasiyentlərin qəbulunun və qeydiyyatının aparılması; Tibbi xidmətlərlə bağlı pasiyentlərə ilkin məlumatların verilməsi; Məlumatların elektron qeydiyyat sisteminə düzgün daxil edilməsi; Pasiyentlərin müvafiq şöbələrə yönləndirilməsi; Daxili qayda və prosedurlara uyğun sənədləşmənin aparılması; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası. Müraciət qaydası: Namizədlər CV-lərini və tələb olunan sənədlərin surətlərini hr.rkx@tabib.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində müraciət edilən vəzifənin adı və iş yeri qeyd olunmalıdır. Nümunə: Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası – Qeydiyyatçı. Müraciətlər nəzərdən keçiriləcək və yalnız müəyyən edilmiş meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 13 noyabr

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.