Vakansiya haqqında
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: Vergilər çıxıldıqdan sonra 1200 AZN
İş yeri: Qartal Tikinti Firmasının istehsalat sahəsi, Sumqayıt şəhəri, Çerkassi küçəsi 220 və sifarişçilərin ölkə ərazisində yerləşən digər obyektləri.
Tələblər
Müasir qaynaq avadanlıqları ilə işləməyi bilməlidir.
Metal konstruksiya və boru qaynağı (6G) sahəsində ən azı 3 il iş təcrübəsi olmalıdır, qurğularda qaynaq işlərini müstəqil şəkildə yerinə yetirməlidir.
İş proseduru və risk dəyərləndirməni bilməli, tələb olunan qaydaları tətbiq etməlidir.
Qaynaq zamanı Qaynaq Proseduru tələblərinə uyğun işləməli, tikişləri Qaynaq Prosedurunun Spesifikasiyasına (WPS) əsasən yerinə yetirməyi bacarmalıdır.
İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında tamamlamalıdır.
Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.
İş haqqında məlumat
Qurudakı və dənizdəki obyektlərdə metal konstruksiya və boru qaynağı işləri icra olunacaq.
Qartal Tikinti Firmasının metal-konstruksiya sexində və sifarişçi obyektlərində sxemə uyğun metal konstruksiyaların qaynağı həyata keçiriləcək.
Sifarişçi obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaların sxemə uyğun quraşdırılması üçün qaynaq işləri görüləcək.
Metal kəsmə və montaj işlərini də yerinə yetirə bilməlidir.
İş şəraiti
İş vaxtı: 08:00-18:00.
İstirahət günü: Bazar günü. Normadan artıq iş saatları bir iş gününün əmək haqqına əlavə olaraq ödəniləcək.
İş yerinə gedib-gəlmə Qartal Tikinti Firmasının nəqliyyat vasitəsi ilə təmin olunacaq.
İş yerində nahar firma tərəfindən veriləcək.
İş görüləcək əsas obyektlər Qartal Tikinti Firmasının metal konstruksiya sexi və sifarişçilərin ölkə ərazisindəki digər obyektləridir.
Əlaqə vasitələri
CV-nizi Müraciət et düyməsində göstərilən e-mail ünvanına göndərin. Mövzu hissəsində montajçı yazmağınız xahiş olunur. CV-niz yoxdursa, aşağıda qeyd olunan əlaqə nömrəsinin WhatsApp nömrəsinə ad, soyad, yaş, yaşayış yeri, iş təcrübəsi (iş yeri və görülən işlər göstərilməklə), əldə etdiyiniz sertifikatlar, montajçı işi ilə bağlı bacarıqlarınız və digər məlumatlarınızı göndərin.
Əlaqə telefonu: +994 50 283 00 69 nömrəsinə yalnız müstəsna halda zəng edə bilərsiniz. 1-5-ci günlər saat 9:00-18:00 aralığında əlaqə saxlamaq mümkündür. WhatsApp nömrəsinə və e-mail ünvanına göndərilən məlumatlar nəzərdən keçirildikdən sonra uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqələndirici şəxs: Ülkər Muradova
Telefon: +994 50 283 00 69
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
