Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzerFloat

Mühəndis-mexanik

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

İş yeri: Azerfloat QSC Vəzifə və öhdəliklər İstehsalat avadanlıqlarına texniki xidmət və təmir işlərini planlaşdırmaq və təşkil etmək; Nasazlıqları aşkar etmək, səbəblərini araşdırmaq və onların təkrar yaranmasının qarşısını almaq; Gündəlik görüləcək işləri çilingərlərə bölüşdürmək və icranı gün ərzində izləmək; Təmir işlərinin təhlükəsiz, keyfiyyətli və mümkün olan ən qısa müddətdə tamamlanmasını təmin etmək; Avadanlıqların sökülməsi, hissələrinin yoxlanılması, təmiri, düzgün yığılması və sınaqdan keçirilməsini təşkil etmək; Planlı, cari və qəza xarakterli tədbirlərin yerinə yetirilməsində iştirak etmək; Ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirmək və sifarişlərin hazırlanmasında iştirak etmək; Anbar ehtiyatlarının vəziyyətini izləmək, kritik hissələrin çatışmazlığı barədə rəhbərliyə məlumat vermək; Təmir və texniki xidmətlə bağlı hesabatları, sifarişləri və digər texniki sənədləri hazırlamaq; Baş mühəndis-mexanik və rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icrasını təmin etmək; İstehsal avadanlıqlarının təkmilləşdirilməsi və yenilənməsi üçün təklifləri baş mühəndis-mexanikə təqdim etmək; Tabeliyində olan əməkdaşlara mütəmadi təhlükəsizlik təlimatı keçmək; Nizam-intizam qaydalarına riayət etmək və bunu tabeliyindəki işçilərdən də tələb etmək; İşlərin icrası zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl olunmasını təmin etmək. Tələblər Mexanika və ya əlaqəli sahə üzrə ali təhsil; Müvafiq istiqamətdə ən azı 5 il iş təcrübəsi; İngilis və ya rus dili biliyi arzuolunandır; MS Office proqramlarını bilməlidir, AutoCAD bilikləri üstünlükdür; Mexaniki avadanlıqların təmiri və texniki xidməti üzrə praktiki biliklər; Təmir briqadalarının işini təşkil etmək və işçilərə texniki göstəriş vermək bacarığı; Mexaniki nasazlıqları müəyyənləşdirmək və düzgün texniki qərar vermək bacarığı; Təqdim olunan sxem və layihələri oxumaq bacarığı; Texniki sənədləşmə, sifarişlərin hazırlanması və ehtiyat hissələrinin planlaşdırılması üzrə biliklər; Analitik düşüncə və problem həll etmə bacarığı; Təzyiq altında işləmək bacarığı; Yüksək məsuliyyət və intizam; Müstəqil, operativ və komanda ilə işləmək bacarığı; İşdə dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti. İş şəraiti İş yeri: Sumqayıt; İş vaxtı: 08:00 – 17:00; Nahar pulu; Servis xidməti; Könüllü tibbi sığorta; Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Müraciət zamanı mövzu hissəsində “Mühəndis-mexanik” yazaraq, Müraciət et bölməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.