Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SAMT

Boya operatoru

SumqayıtMənbə: Vezife.az

Vakansiya haqqında

İş yeri: Sumqayıt / Xızı Əsas öhdəliklər Avtomatik boya xəttini işə hazırlamaq, dayandırmaq və prosesə nəzarət etmək; Boya olunacaq məmulatları konveyerə düzgün şəkildə yerləşdirmək; Püskürdücü tabancalar, konveyer sistemi, kabin ventilyasiyası və digər avadanlıqların işini izləmək; Boya sərfiyyatını, rəng uyğunluğunu və qat qalınlığını müəyyən olunmuş standartlara uyğun tənzimləmək; Səthin ilkin hazırlanmasını prosesə uyğun şəkildə yerinə yetirmək: yağdan təmizləmə, fosfatlama, zımpara; Boya xəttində yaranan nasazlıqları vaxtında müəyyən edib xətt menecerinə məlumat vermək; İş sahəsinin və istifadə olunan avadanlığın təmizliyini qorumaq; Sağlamlıq, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi qaydalarına əməl etmək. Tələblər Orta və ya texniki/peşə təhsili; Boyama, örtükləmə, istehsal və ya oxşar sahələrdə iş təcrübəsi, avtomatik konveyerli boya xətti və boya qarışdırma təcrübəsi üstünlük sayılır, 1 il; Elektrostatik toz boya, havalı və ya havasız spreylə boya texnologiyası barədə baza bilikləri; Elektrostatik püskürtmə örtük sistemləri, qurutma sobaları və səth hazırlama üsulları ilə tanışlıq; Boya kabinləri, tabancaları və filtrasiya sistemləri ilə işləmə bacarığı; Rəng dəyişimi, qat qalınlığı və səthin hazırlanması barədə ilkin biliklər; Boya materiallarının texniki göstəricilərinə uyğun iş prinsiplərini bilmək üstünlükdür; Örtüklər və kimyəvi maddələrlə bağlı əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühitin qorunması qaydaları haqqında əsas biliklər; Sənaye mühitində keyfiyyət standartlarını anlamaq; İş mühitində təhlükəsizlik və təmizlik prinsiplərinə riayət etmək; İngilis dilində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı. Şirkət tərəfindən təqdim olunur Nahar; Könüllü tibbi sığorta; Servis nəqliyyatı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Boya operatoru” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.