Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sağlam Ailə →

Payroll üzrə aparıcı mütəxəssis

Razılaşma yolu ilə

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, vergi qanunvericiliyinə və əməkhaqqı hesablamaları ilə bağlı digər normativ-hüquqi aktlara uyğun olaraq əməkhaqqı prosesinin həyata keçirilməsi; Əməkdaşların əməkhaqlarının, əlavələrin, mükafatların, bonusların, kompensasiyaların və digər ödənişlərin düzgün və vaxtında hesablanması; Müəssisədə tətbiq olunan mükafatlandırma sisteminə əsasən fərdi və kollektiv fəaliyyət nəticələri üzrə bonus və mükafat hesablamalarının aparılması; Həkimlərin, tibbi və inzibati heyətin əməkhaqqı və əlavə ödənişlərinin təsdiq edilmiş hesablama mexanizmlərinə uyğun hazırlanması; Əlavə iş saatlarına, gecə növbələrinə, bayram və istirahət günlərində görülən işlərə görə ödənişlərin hesablanması; Məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər əmək münasibətləri ilə əlaqədar ödənişlərin hesablanması; İşə qəbul, əməkhaqqı dəyişiklikləri və əmək müqaviləsinə xitam verilməsi zamanı müvafiq hesablamaların və son haqq-hesabın aparılması; Gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması, müvafiq tutulmaların və hesabatların hazırlanması; Əməkhaqqı sistemində məlumatların işlənməsi, ödəniş reyestrlərinin hazırlanması və əməkhaqqı ödənişlərinin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinin təmin edilməsi; Əməkhaqqı prosesləri üzrə maliyyə və mühasibatlıq bölmələri ilə koordinasiyanın təmin edilməsi, hesablamalarda yaranan uyğunsuzluqların aradan qaldırılması; Tələblər Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; Payroll və əməkhaqqı hesablanması sahəsində minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının əmək və vergi qanunvericiliyi üzrə praktiki biliklər; Vergi və məcburi sığorta tutulmalarının hesablanması üzrə biliklər; Əməkhaqqı, vergi və sosial sığorta ödənişləri üzrə mühasibat müxabirləşmələrini (debet və kredit yazılışlarını) bilmək və tətbiq etmək bacarığı; Analitik düşünmə, yüksək dəqiqlik və məsuliyyətlilik;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.