Vakansiya haqqında
Vəzifə və öhdəliklər:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, vergi qanunvericiliyinə və əməkhaqqı hesablamaları ilə bağlı digər normativ-hüquqi aktlara uyğun olaraq əməkhaqqı prosesinin həyata keçirilməsi;
Əməkdaşların əməkhaqlarının, əlavələrin, mükafatların, bonusların, kompensasiyaların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
Müəssisədə tətbiq olunan mükafatlandırma sisteminə əsasən fərdi və kollektiv fəaliyyət nəticələri üzrə bonus və mükafat hesablamalarının aparılması;
Həkimlərin, tibbi və inzibati heyətin əməkhaqqı və əlavə ödənişlərinin təsdiq edilmiş hesablama mexanizmlərinə uyğun hazırlanması;
Əlavə iş saatlarına, gecə növbələrinə, bayram və istirahət günlərində görülən işlərə görə ödənişlərin hesablanması;
Məzuniyyət, xəstəlik vərəqələri, ezamiyyət və digər əmək münasibətləri ilə əlaqədar ödənişlərin hesablanması;
İşə qəbul, əməkhaqqı dəyişiklikləri və əmək müqaviləsinə xitam verilməsi zamanı müvafiq hesablamaların və son haqq-hesabın aparılması;
Gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması, müvafiq tutulmaların və hesabatların hazırlanması;
Əməkhaqqı sistemində məlumatların işlənməsi, ödəniş reyestrlərinin hazırlanması və əməkhaqqı ödənişlərinin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinin təmin edilməsi;
Əməkhaqqı prosesləri üzrə maliyyə və mühasibatlıq bölmələri ilə koordinasiyanın təmin edilməsi, hesablamalarda yaranan uyğunsuzluqların aradan qaldırılması;
Namizədə olan tələblər:
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
Payroll və əməkhaqqı hesablanması sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının əmək və vergi qanunvericiliyi üzrə praktiki biliklər;
Vergi və məcburi sığorta tutulmalarının hesablanması üzrə biliklər;
Əməkhaqqı, vergi və sosial sığorta ödənişləri üzrə mühasibat müxabirləşmələrini (debet və kredit yazılışlarını) bilmək və tətbiq etmək bacarığı;
Analitik düşünmə, yüksək dəqiqlik və məsuliyyətlilik;
Qeyd:
Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
