Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Ofisin gündəlik inzibati fəaliyyətini təşkil və koordinasiya
etmək;
Qonaqların qarşılanmasını, yönləndirilməsini və zəruri hallarda
qeydiyyatını təşkil etmək;
Daxil olan zəngləri və elektron müraciətləri
qəbul edərək aidiyyəti üzrə yönləndirmək;
Görüş və iclasların təşkilini,
otaqların, materialların və texniki vasitələrin hazırlığını təmin etmək;
Ofis ləvazimatlarına və gündəlik istehlak materiallarına olan ehtiyacları izləmək, təsdiq
olunmuş sifariş və çatdırılmaları koordinasiya etmək;
Ofis
avadanlıqlarının və rabitə vasitələrinin texniki xidmət ehtiyaclarını izləmək, nasazlıqların aradan qaldırılmasını
aidiyyəti şəxslərlə koordinasiya etmək;
Daxil olan və gedən sənədlərin
qəbulunu, qeydiyyatını və yönləndirilməsini, poçt və kuryer göndərişlərini təşkil etmək;
Sənədlərin çapı, skan edilməsi, surətinin çıxarılması və komplektləşdirilməsi üzrə əməkdaşlara
inzibati dəstək göstərmək;
Əməkdaşlara verilən inventar və avadanlıqların
təhvil-təslim prosesini rəsmiləşdirmək və müvafiq uçotu aparmaq;
Ofisin
ümumi istifadə sahələrində təmizlik və səliqəni izləmək, zəruri xidmətləri koordinasiya etmək;
İnzibati xərclərə dair hesab, qəbz və digər sənədləri toplayaraq maliyyə şöbəsinə təqdim
etmək;
Rəhbərliyin əmək funksiyasına uyğun qanuni təşkilati
tapşırıqlarını yerinə yetirmək, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və məxfilik qaydalarına riayət
etmək.
Namizədə tələblər
Ali təhsil;
Ofis idarəçiliyi və ya
inzibati dəstək sahəsində iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilində
səlis yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və ingilis dillərini bilmək
üstünlükdür;
MS Office proqramları, elektron poçt və ofis avadanlıqları
ilə sərbəst işləmək bacarığı;
Sənəd dövriyyəsi, işgüzar ünsiyyət və
görüşlərin təşkili üzrə biliklər;
Yüksək təşkilatçılıq, operativlik,
dəqiqlik və işləri prioritetləşdirmək bacarığı;
Məsuliyyətli yanaşma,
işgüzar etika və məxfilik prinsiplərinə riayət etmək.
Təklif edilir
Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edən şirkətdə iş təcrübəsi;
Fərdi inkişaf planı çərçivəsində təlim və peşəkar inkişaf imkanları;
İş qrafiki: həftədə 5 iş günü, 09:00–18:00;
Əmək
haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
