Vakansiya haqqında
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranlar şəbəkəsi
Namizədə dair tələblər
Orta ixtisas və ya ali təhsil;
Monitorinq sahəsində azı 1 il iş təcrübəsi;
Azərbaycan dilini səlis bilmək;
Komanda daxilində işləmək bacarığı;
Güclü müşahidə qabiliyyəti, analitik yanaşma və məsuliyyət hissi;
Dürüstlük, etibarlılıq və nizam-intizamlı davranış;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
Araşdırma aparmaq, çevik qərar vermək və operativ reaksiya göstərmək bacarığı, stressə davamlılıq;
Microsoft Office proqramlarında yaxşı bilik və kamera nəzarət sistemlərindən istifadə bacarığı;
AR SQ üzrə hərbi xidmətin tamamlanması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri
Kameralar vasitəsilə restoranlardakı gündəlik prosesləri izləmək və müvafiq qeydlər aparmaq;
Dələduzluq riski yaradan halları izləmək və nəzarət mexanizmlərinin effektivliyini yoxlamaq;
Daxili qayda pozuntularını və şübhəli halları müəyyən etmək, onlar üzrə detallı araşdırma aparmaq, qeydlər aparmaq və rəhbərliyə məlumat vermək;
Oğurluq və əmlakdan sui-istifadə hallarını aşkar etmək, qeydlər aparmaq və rəhbərliyə vaxtında məruzə etmək;
Bütün kassalarda maliyyə əməliyyatlarının düzgün icrasına nəzarət etmək, uyğunsuzluqları qeyd etmək və rəislərə vaxtında bildirmək;
Restoranlardakı seyflərlə bağlı maliyyə təhlükəsizliyi əməliyyatlarının düzgün aparılmasına nəzarət etmək, uyğunsuzluqları vaxtında qeydə almaq və rəhbərliyə çatdırmaq;
Kameraların fasiləsiz işləməsinə nəzarət etmək və nasazlıq olduqda texniki komandaya məlumat vermək;
İşçi heyətinin daxili qaydalara əməl etməsinə nəzarət etmək və intizam pozuntularını qeyd etmək;
Monitorinq fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq və təqdim etmək.
İş şəraiti
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Növbəli iş qrafiki;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər CV-lərini e-mail mövzusunda “Nəzarət şöbəsinin növbətçisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edirik ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
