Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Landau Education Group

Kameralara nəzarət üzrə operator

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir (landau school 9-11 hazırlıq məktəbi) Məktəb binasına giriş-çıxışa nəzarət etmək, kənar şəxslərin binaya daxil olması ilə bağlı aidiyyəti üzrə məsul şəxsə məlumat vermək. Ehtiyac yarandıqda məlumat və icazə almaq üçün məktəb rəhbərliyinə müraciət etmək; Nəzarət kameraları vasitəsilə obyektə fasiləsiz müşahidə aparmaq; Şübhəli vəziyyətləri və qayda pozuntularını vaxtında müəyyən edib rəhbərliyə bildirmək; Kamera sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək; Kənar üçüncü şəxslərin, eləcə də valideynlərin icazəsiz şəkildə binaya daxil olmasının qarşısını almaq; Məktəbin əmlakını və bütün növ inventarlarını nəzarətdə saxlamaq, qorumaq və zərurət olduqda inventar sayımında iştirak etmək; Şəxslərin məktəb ərazisində bir-birinə münasibətdə təhlükəsiz davranışına nəzarət etmək, münaqişə yarandıqda qarşısını almaq, məktəb daxilində digər nizam-intizam qaydalarının pozulması aşkar edildikdə bu barədə birbaşa rəhbərinə məlumat vermək; Fövqəladə hallar zamanı Yanğından mühafizə və texniki-təhlükəsizlik qaydaları haqqında təlimata (LS-AD-T-03) uyğun olaraq “Yanğın Marşalı” vəzifəsini öz üzərinə götürmək və onu tam dəqiqliklə icra etmək; Birbaşa rəhbərin müvafiq göstərişlərini yerinə yetirmək; Məktəbin təşkil etdiyi ictimai-mədəni tədbirlərdə iştirak etmək. Tələblər Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Müşahidə sistemləri ilə işləmək bacarığı; Xanım namizədlərə üstünlük verilir. Biz nə təklif edirik İş yeri: Bakı; 6 günlük iş qrafiki; Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Landau School-da uşaqların təhsili üçün xüsusi endirimlər. Vakansiya haqqında Vakansiya növü: Tam ştat Maraqlanan namizədlər “Müraciət et” düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.