Vakansiya haqqında
Mütəxəssis — Müştəri xidmətləri və moderasiya şöbəsi
Şirkət: PEAKPİN MMC (PeakPin tətbiqi)
Yer: Bakı, ofis
İş qrafiki: bazar ertəsi – cümə 10:00–18:00 (nahar 13:00–14:00), şənbə 10:00–15:00
Əmək haqqı: sabit əmək haqqı + nəticəyə görə bonus (müsahibədə ətraflı)
Rəsmi: əmək müqaviləsi, sosial sığorta, illik məzuniyyət
PeakPin haqqında
PeakPin Bakının canlı xəritəsidir: insanlar yaxınlıqdakı kafe, restoran və məkanları, onların kampaniyalarını, tədbirlərini kəşf edir, qısa videolar paylaşır, bir-biri ilə tanış olur. Məkanlar isə PeakPin vasitəsilə yeni müştəri qazanır. Tətbiq App Store və Google Play-də yayımlanır.
Vəzifə haqqında
Mütəxəssis PeakPin-in həm istifadəçiləri, həm də tərəfdaş məkanları ilə birbaşa işləyir. Namizəd marağına və bacarığına görə iki istiqamətdən birində və ya hər ikisində çalışacaq.
1. Korporativ müştərilərə xidmət (məkanlarla iş)
Qoşulan məkanlarla ilk əlaqə və profilin doldurulmasına kömək
İlk kampaniya, tədbir və ya PinBox yaratmaqda dəstək
Məkanla mütəmadi əlaqə, nəticələrin izahı, abunənin yenilənməsi
Lazım olduqda məkana baş çəkmək
Zəng və görüşləri daxili portalda qeyd etmək
2. Müştəri dəstəyi və təhlükəsizlik
İstifadəçilərin çat, e-poçt və zənglə gələn suallarını cavablandırmaq
Şikayətləri yoxlamaq və qaydalara uyğun qərar vermək
Məkan profillərini, kampaniyaları, tədbirləri və reklamları yayımdan əvvəl yoxlamaq
Saxtakarlıq və qayda pozuntusu hallarını aşkar etmək
Təkrarlanan problemlər barədə məhsul komandasına rəy vermək
Tələblər
Ali və ya orta ixtisas təhsili
Azərbaycan dilində səlis ünsiyyət; rus və ingilis dili üstünlükdür.
Mobil tətbiqləri gündəlik istifadə edən, smartfonla rahat işləyən
Kompüter bilikləri: e-poçt, cədvəllər, veb-portallar, Aİ
Telefonla danışmağı sevən, nəzakətli, səbirli
Məsuliyyətli, dəqiq, tez öyrənən
Məxfi məlumatı qorumaq
Üstünlük verilir: müştəri xidməti, call-center, satış, HoReCa, marketinq və ya moderasiya təcrübəsi; Bakının məkanlarını tanımaq; sürücülük vəsiqəsi.
Biz təklif edirik
Rəsmi iş və sosial sığorta
Sabit əmək haqqı + nəticəyə görə yüksək bonus
Texnologiya şirkətində karyera imkanı, şöbədə rəhbər vəzifələrə yüksəlmək
İşə başlamazdan əvvəl təlim
Dostcanlı komanda
Müraciət: CV-nizi ceo@peakpin.app ünvanına göndərin, mövzuya «Mütəxəssis» yazın.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
